Qeyri-hökumət
təşkilatları (ictimai birliklər və fondlar)
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
1.1. bu Qanun ictimai birliklərin
və fondların, habelə xarici
dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və
nümayəndəliklərinin yaradılması və
fəaliyyət göstərilməsi ilə bağlı
münasibətləri tənzimləyir. [1]
1.2. Bu Qanunda
"qeyri-hökumət təşkilatı"
anlayışına ictimai birliklər və fondlar daxildir.
1.3. Bu Qanun hüquqi
şəxslər kimi qeyri-hökumət
təşkilatlarının yaradılmasını,
fəaliyyətini, yenidən təşkil edilməsi və
ləğv edilməsi qaydalarını, qeyri-hökumət
təşkilatlarının fəaliyyətini, idarə
olunmasını, dövlət hakimiyyəti orqanları ilə
münasibətlərini müəyyən edir.
1.4. Bu Qanun siyasi partiyalara,
həmkarlar ittifaqlarına, dini birliklərə, yerli
özünüidarə orqanlarına, habelə bu
təsisatlara məxsus olan funksiyaların həyata
keçirilməsi məqsədi ilə yaradılan qurumlara
və başqa qanunlarla tənzimlənən digər qeyri-kommersiya təşkilatlarına
şamil edilmir.[2]
2.1. İctimai
birlik - təsis sənədlərində müəyyən
olunmuş məqsədlərlə ümumi maraqlar
əsasında birləşmiş bir neçə fiziki və
(və ya) hüquqi şəxsin təşəbbüsü
ilə yaradılmış könüllü,
özünüidarəedən, öz fəaliyyətinin
əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə
tutmayan və əldə edilən gəliri öz
üzvləri arasında bölməyən qeyri-hökumət
təşkilatdır.
2.2. Fond
- üzvləri olmayan, bir və ya bir neçə fiziki və
(və ya) hüquqi şəxslər tərəfindən
əmlak haqqı əsasında təsis edilən və sosial,
xeyriyyə, mədəni, təhsil və ya digər
ictimai-faydalı məqsədlər daşıyan
qeyri-hökumət təşkilatdır. [3]
2.2-1.
Xarici dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və
nümayəndəlikləri - Azərbaycan
Respublikasının hüdudlarından kənarda
yaradılmış qeyri-kommersiya hüquqi şəxsin
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
ilə bu cür müəyyən edilmiş qurumlarıdır.[4]
2.3. Qeyri-hökumət
təşkilatı Azərbaycan Respublikasının
Konstitusiyası və qanunları ilə qadağan
olunmamış məqsədlər üçün yaradıla
və fəaliyyət göstərə bilər. Məqsədi
və ya fəaliyyəti Azərbaycan Respublikasının
konstitusiya quruluşunu və dünyəvi xarakterini
zorakılıqla dəyişdirməyə, ərazi
bütövlüyünü pozmağa, müharibəni,
zorakılığı və qəddarlığı
təbliğ etməyə, irqi, milli və dini ədavəti
qızışdırmağa yönəlmiş
qeyri-hökumət təşkilatlarının, habelə xarici
dövlətlərin qeyri-hökumət
təşkilatlarının Azərbaycan Respublikasında filial
və ya nümayəndəliklərinin yaradılmasına
və fəaliyyətinə yol verilmir. Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində
qeyri-hökumət təşkilatlarının
yaradılması və fəaliyyəti qadağandır. [5]
2.4. Qeyri-hökumət
təşkilatı Azərbaycan Respublikası Prezidentinin,
Azərbaycan Respublikası Milli Məclisinin və
bələdiyyələrin seçkilərində iştirak
edə bilməz, siyasi partiyalara maliyyə və başqa maddi
yardım göstərə bilməz. Azərbaycan
Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq
qeyri-hökumət təşkilatları Azərbaycan
Respublikasında keçirilən prezident seçkiləri,
Milli Məclisə seçkiləri və
bələdiyyələrə seçkiləri
müşahidə edə və exit-poll həyata
keçirə bilərlər. Xarici hüquqi
şəxslər Azərbaycan Respublikası Prezidentinin
seçkiləri, Azərbaycan Respublikasının Milli
Məclisinə seçkilər və bələdiyyə
seçkiləri zamanı exit-polla əlaqədar
tədbirlərdə yalnız Azərbaycan
Respublikasının qeyri-hökumət təşkilatları
ilə birlikdə iştirak edə bilərlər.
Qeyri-hökumət təşkilatı Azərbaycan
Respublikasının qanunlarında və öz
nizamnaməsində nəzərdə tutulmuş qaydada
hüquqi normativ aktların təkmilləşdirilməsi
təklifləri ilə çıxış edə bilər. [6]
3.1. Qeyri-hökumət
təşkilatının onun təşkilati-hüquqi
formasını və fəaliyyətinin xarakterini
göstərən adı olmalıdır. Qeyri-hökumət
təşkilatlarının adında Azərbaycan
Respublikasının dövlət orqanlarının
adlarından, habelə Azərbaycanın görkəmli
şəxsiyyətlərinin adlarından (onların yaxın
qohumlarının və ya vərəsələrinin
icazəsi olmadan) istifadə edilə bilməz.[7]
3.2. Qeyri-hökumət
təşkilatının olduğu yer onun nizamnaməsində
göstərilmiş hüquqi ünvanı ilə
müəyyən edilir.
3.3. Qeyri-hökumət
təşkilatının hüquqi ünvanı
dəyişdikdə müvafiq icra hakimiyyəti orqanına bu
barədə 7 gün müddətindən az olmamaq
şərti ilə yazılı məlumat verilməlidir.
Maddə 3-1. Qeyri-hökumət
təşkilatının rəmzləri[8]
Qeyri-hökumət
təşkilatı bayraq, emblem və sair rəmzlərə
malik ola bilər. Təşkilatın rəmzləri
Azərbaycan Respublikasının və xarici
dövlətlərin dövlət rəmzləri, habelə
dövlət orqanlarının, beynəlxalq
təşkilatların və digər qurumların
rəmzləri ilə eyni olmamalı, qanunla qorunan
əmtəə nişanlarını təqlid
etməməlidir.
Qeyri-hökumət
təşkilatları bu Qanunla müəyyən
edilmiş
təşkilati-hüquqi formalarda təsis oluna bilərlər.
[9]
Qeyri-hökumət
təşkilatları daimi əsaslarla və ya konkret
məqsədlərə nail olmaq üçün təsis
oluna bilərlər.
6.1. Qeyri-hökumət
təşkilatları Azərbaycan Respublikasında
ümumazərbaycan, regional və yerli statusla təsis oluna
və fəaliyyət göstərə bilərlər.
Qeyri-hökumət təşkilatının fəaliyyət
ərazisi təşkilat tərəfindən müstəqil
müəyyən olunur.
6.2. Ümumazərbaycan
qeyri-hökumət təşkilatlarının
fəaliyyəti Azərbaycan Respublikasının bütün
ərazisinə şamil edilir. Regional qeyri-hökumət
təşkilatlarının fəaliyyəti Azərbaycan
Respublikasının iki və ya artıq inzibati ərazi
vahidini əhatə etməlidir. Yerli qeyri-hökumət
təşkilatları bir inzibati ərazi vahidinin
çərçivəsində fəaliyyət
göstərirlər.
6.3. Beynəlxalq qeyri-hökumət
təşkilatları - öz fəaliyyət dairəsi ilə
Azərbaycan Respublikasının və ən azı başqa
bir xarici dövlətinin ərazilərini əhatə edən
ictimai birliklərdir.
7.1. Dövlət qeydiyyatına alınmış qeyri-hökumət
təşkilatı Azərbaycan Respublikasının
ərazisində və xaricdə filiallarını yarada,
nümayəndəliklərini aça bilər.
Qeyri-hökumət təşkilatının filial və
nümayəndəliklərinin dövlət qeydiyyatına
alınması tələb edilmir. Təşkilat on gün
müddətində müvafiq icra hakimiyyəti orqanına
filial və (və ya) nümayəndəliyinin
yaradılması haqqında məlumat verməlidir.[10]
7.1-1.
Xarici dövlətlərin qeyri-hökumət
təşkilatları tərəfindən Azərbaycan
Respublikasının ərazisində bir nümayəndəlik
və ya filial yaradıla bilər. [11]
7.2. Qeyri-hökumət
təşkilatının filialı həmin
təşkilatın olduğu yerdən kənarda təşkil
edilə və onun fəaliyyətini və ya fəaliyyətinin
bir hissəsini həyata keçirə bilər.
7.3. Qeyri-hökumət
təşkilatının nümayəndəliyi həmin
təşkilatın olduğu yerdən kənarda təşkil
edilir, onun maraqlarını təmsil edir və həmin maraqların
müdafiəsini həyata keçirir.
7.4. Qeyri-hökumət
təşkilatının filialı və
nümayəndəliyi hüquqi şəxs deyil, onları
yaratmış təşkilatın əmlakından pay alır
və onun adından, təsdiq etdiyi Əsasnamədə
müəyyən edilmiş fəaliyyət predmetinə və
vəzifələrinə uyğun, fəaliyyət göstərir.
Filial və nümayəndəliklərin
fəaliyyətinə görə onları yaradan
qeyri-hökumət təşkilatı məsuliyyət
daşıyır. [12]
7.4-1. Qeyri-hökumət
təşkilatının filial və ya
nümayəndəliyinin əsasnaməsində onu
yaratmış təşkilatın adı, dövlət
qeydiyyatı haqqında məlumatlar (qeydiyyat tarixi,
nömrəsi, hüquqi ünvanı, onun qeydiyyatını
aparmış qurumun adı), filial və ya
nümayəndəliyin hüquqi ünvanı, idarə
edilməsi qaydası, rəhbərinin səlahiyyətləri,
ləğv olunması qaydası göstərilməlidir.[13]
7.5. Filial və
nümayəndəliyin rəhbərləri qeyri-hökumət
təşkilatı tərəfindən təyin edilir və
qeyri-hökumət təşkilatı tərəfindən verilən
səlahiyyət dairəsində fəaliyyət
göstərir. Əcnəbi və ya
vətəndaşlığı olmayan şəxslər,
habelə xarici hüquqi şəxslər tərəfindən
təsis edilmiş qeyri-hökumət
təşkilatlarının, eləcə də xarici
dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və nümayəndəliklərinin
rəhbərlərinin müavinləri Azərbaycan
Respublikasının vətəndaşları
olmalıdırlar. Xarici dövlətin qeyri-hökumət
təşkilatının filialının və
nümayəndəliyinin rəhbərinin təyin edilməsi
barədə sənəddə onun səlahiyyət
müddəti göstərilməlidir. [14]
8.1. İctimai birliklərin
iştirakçılarına təsisçilər,
üzvlər və köməkçilər aiddir.
Fondların iştirakçılarına
təsisçilər və köməkçilər aiddir.
8.2. İctimai birliyin yetkinlik
yaşına çatmamış üzvləri Azərbaycan
Respublikasının mülki qanunvericiliyə əsasən
hüquqlar əldə edir və vəzifələr
daşıyır.
8.3. Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasında fəaliyyət
göstərən qeyri-hökumət
təşkilatlarının iştirakçıları ola
bilər.
8.4. Qeyri-hökumət
təşkilatlarına daxil olmaq kişi və qadınlar
üçün eyni şərtlərlə açıq
olmalıdır və onlar üçün bərabər imkanlar
yaradılmalıdır.
8.5. Bu Qanunun 8.4-cü
maddəsində göstərilən tələb hər
hansı cinsin xüsusi maraqlarının müdafiəsi
ilə yaradılan qeyri-hökumət təşkilatlarına
şamil edilmir.[15]
9.1. Qeyri-hökumət
təşkilatlarının təsisçiləri hüquqi
şəxslər (dövlət hakimiyyəti və yerli
özünüidarə orqanları istisna olmaqla) və ya 18
yaşına (gənclərin ictimai birliklərinin
təsisçiləri - 16 yaşına) çatmış
fiziki şəxslər ola bilərlər.
9.1-1. Azərbaycan Respublikasında
daimi yaşamaq hüququ olan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasının ərazisində qeyri-hökumət
təşkilatının təsisçisi və
qanuni təmsilçisi ola bilərlər.[16]
9.2. Qeyri-hökumət
təşkilatlarının təsisçiləri
bərabər hüquqlara malikdir. Onların
qarşılıqlı hüquq və vəzifələrinin
həcmi qeyri-hökumət təşkilatının təsis
edilməsinə münasibətdə təsis müqaviləsi
ilə (müqavilə bağlandıqda), qeyri-hökumət
təşkilatının fəaliyyətində iştiraka
münasibətində isə qeyri-hökumət təşkilatının nizamnaməsi ilə
müəyyən edilir.
10.1. Azərbaycan Respublikasında
hər bir fiziki və hüquqi şəxs (dövlət
hakimiyyəti və yerli özünüidarə orqanları
istisna olmaqla) ictimai birliyin üzvü ola bilər.
10.2. İctimai birliyin
üzvləri bərabərhüquqludurlar. Onlar ictimai
birliklərin rəhbər orqanlarına seçə və
seçilə, fəaliyyətində iştirak edə,
rəhbər orqanların fəaliyyətinə nəzarət
edə, nizamnamə ilə nəzərdə tutulmuş
digər hüquqlar daşıya bilərlər, eləcə
də nizamnamə tələblərinə riayət etməlidirlər.
10.3. İctimai birliyin
üzvlüyünün əldə edilməsi və
üzvlüyə xitam verilməsi məsələləri
nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai
birliyin üzvlüyünə xitam verilməsindən birliyin
daxilində və məhkəməyə şikayət
etmə hüququna təminat verməlidir.
10.4. İctimai birlik dövlət
qeydiyyatına alındıqdan sonra otuz gün
müddətində üzvlərinin reyestrinin
aparılmasını təmin etməlidir. [17]
10.5.
Qeyri-hökumət təşkilatlarının icra orqanları
tərəfindən təşkilatın üzvlərinin
hüquqlarının pozulmasına yol verilməməlidir.
Qeyri-hökumət təşkilatlarının üzvləri
ilə təşkilat arasında yaranan mübahisələr
məhkəmə qaydasında həll olunur. Məhkəmə
tərəfindən işə baxılarkən
təşkilatın üzvlərinin hüquqlarının
pozulduğu müəyyən edildikdə qeyri-hökumət
təşkilatının fəaliyyəti məhkəmə
qərarı ilə bu Qanunun 31.3-cü maddəsində
nəzərdə tutulmuş müddətə
dayandırıla bilər.[18]
Qeyri-hökumət
təşkilatlarının köməkçilərinə
nizamnamələrinə müvafiq olaraq qeyri-hökumət
təşkilatının fəaliyyətində iştirak etməklə,
öz münasibətlərini qeyri-hökumət
təşkilatı ilə təşkilatı
cəhətdən rəsmiləşdirmədən ona
müxtəlif kömək və ya xidmətlər
göstərməklə qeyri-hökumət
təşkilatını dəstəkləyən fiziki və
hüquqi (dövlət hakimiyyəti və yerli
özünüidarə orqanları istisna olmaqla)
şəxslər aiddir. Köməkçilərin
mövcudluğu və onların hüquqi statusu
qeyri-hökumət təşkilatının təsis
sənədləri və “Könüllü
fəaliyyət haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə
müəyyən edilir.[19]
12.1. Qeyri-hökumət
təşkilatı onun təsis edilməsi
nəticəsində, habelə mövcud olan
qeyri-hökumət təşkilatının yenidən
təşkili nəticəsində yaradıla bilər.
12.1-1. Fond yaradılarkən onun
nizamnamə kapitalı on min manatdan az olmamalıdır. [20]
12.2. Qeyri-hökumət təşkilatının
təsis edilməsi nəticəsində yaradılması
təsisçilərin (təsisçinin) qərarı
ilə həyata keçirilir. Bu halda təsis yığıncağı
çağırılır və təşkilatın
nizamnaməsi qəbul olunur.
12.3. Azərbaycan Respublikasında
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və nümayəndəliklərinin dövlət
qeydiyyatı həmin təşkilatlarla bağlanmış
saziş əsasında həyata keçirilir. Sazişdə
onun qüvvədə olma müddəti
göstərilməlidir. [21]
13.1. Qeyri-hökumət
təşkilatının nizamnaməsində
qeyri-hökumət təşkilatının adı və
yerləşdiyi yer, fəaliyyətinin məqsədləri,
daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma
qaydası, üzvlərin hüquq və vəzifələri,
ictimai birliyin üzvlüyünə qəbulun və ondan
çıxmanın şərtləri və qaydası,
qeyri-hökumət təşkilatının
əmlakının formalaşma mənbələri,
nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin
edilməsi qaydası, qeyri-hökumət
təşkilatının ləğv edilməsi və
ləğv edildiyi halda əmlakından istifadə qaydası
müəyyən edilməlidir. [22]
13.2. Fondun nizamnaməsində
həm də fondun "fond" sözü daxil edilmiş
adı, onun olduğu yer, fondun məqsədi, onun orqanları,
o cümlədən Himayəçilik Şurası və onların
formalaşma qaydası, fondun vəzifəli
şəxslərinin təyin edilməsi və onların azad
edilməsi və fondun ləğv edildiyi halda onun
əmlakının müqəddəratı haqqında
məlumatlar olmalıdır.
13.3. Qeyri-hökumət
təşkilatlarının nizamnamələrində
dövlət və yerli özünüidarə
orqanlarının səlahiyyətlərinin
mənimsənilməsinə, habelə dövlət
nəzarəti və yoxlama funksiyalarının
nəzərdə tutulmasına yol verilmir. [23]
14.1. İctimai birliyin
nizamnaməsinə dəyişikliklər onun ali
idarəetmə orqanının qərarı ilə edilə
bilər. Fondun nizamnaməsinə dəyişikliklərin
edilməsi fondun Himayəçilik Şurası
tərəfindən və yalnız fondun məqsədləri
istiqamətində edilə bilər.
14.2. Fondun nizamnaməsi fondun
Himayəçilik Şurası tərəfindən bir
şərtlə dəyişdirilə bilər ki,
nizamnamədə onun bu qaydada dəyişdirilməsi imkanı
nəzərdə tutulmuş olsun. Əgər fondun
nizamnaməsinin dəyişilməz şəkildə
saxlanılması fondun təsis edilməsi zamanı qabaqcadan nəzərə
alınması mümkün olmayan nəticələrə
gətirərsə, nizamnamədə dəyişikliklərin
mümkünlüyü isə nəzərdə tutulmayıbsa,
yaxud nizamnamə səlahiyyətli şəxslər
tərəfindən dəyişilməyibsə, bu
nizamnaməyə dəyişikliklərin edilməsi hüququ
fondun Himayəçilik Şurasının
ərizəsinə əsasən məhkəməyə
mənsubdur.
14.3. Qeyri-hökumət
təşkilatının nizamnaməsindəki
dəyişikliklərin dövlət qeydiyyatı müvafiq
icra hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir. Qeyri-hökumət təşkilatının
nizamnaməsindəki dəyişikliklər onların
dövlət qeydiyyatına alındığı andan
qüvvəyə minir.
15.1. İctimai birliyin təsis
edilməsi haqqında bildiriş onun təsis edilməsi
haqqında qərarın qəbul olunduğu andan 30
gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına
yazılı müraciət vasitəsi ilə həyata
keçirilir. İctimai birliyin rəhbəri
tərəfindən imzalanmış müraciətə
təsis protokolu da əlavə olunmalıdır.
15.2. Müvafiq icra hakimiyyəti
orqanı ictimai birliyin təsis edilməsi haqqında
bildirişi alan gün bildirişin daxil olmasını
təsdiq edən sənədi ictimai birliyin
nümayəndəsinə verir və ya poçt
vasitəsilə göndərir.
16.1. Qeyri-hökumət
təşkilatlarının dövlət qeydiyyatı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
hüquqi şəxslərin qeydiyyatı haqqında
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq həyata keçirilir.
16.2. Qeyri-hökumət
təşkilatı yalnız dövlət qeydiyyatına
alındıqdan sonra hüquqi şəxs statusunu əldə
edir.
16.3. Qeyri-hökumət
təşkilatlarının və xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya
nümayəndəliklərinin təsis sənədlərində
qanunvericiliyə uyğunsuzluq aşkar edildikdə müvafiq
icra hakimiyyəti orqanı həmin qurumlardan 30 gün
müddətində təsis sənədlərinin
qanunvericiliyə uyğunlaşdırılmasını
tələb edir.
16.4.
Qeyri-hökumət təşkilatları və xarici
dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və ya
nümayəndəlikləri fəaliyyətini müvəqqəti
olaraq dayandırması ilə bağlı müvafiq icra
hakimiyyəti orqanına müraciət edə bilər.[24]
17.1. Qeyri-hökumət
təşkilatlarının dövlət qeydiyyatına
alınmasından yalnız "Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri haqqında"
Azərbaycan Respublikasının Qanunu ilə
nəzərdə tutulmuş hallarda imtina edilə bilər. [25]
17.2. Qeyri-hökumət
təşkilatının dövlət qeydiyyatına
alınmasından, imtinanın əsasları və təsis
sənədlərin hazırlanmasında qanunvericiliyin pozulmuş
müddəaları və maddələrini
göstərilməklə, yazılı surətdə
məlumat qeyri-hökumət təşkilatının
nümayəndəsinə təqdim olunur. [26]
17.3. Qeyri-hökumət
təşkilatının dövlət qeydiyyatına
alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan
sonra sənədlərin dövlət qeydiyyatı üçün
yenidən təqdim edilməsinə mane ola bilməz.
17.4. Qeyri-hökumət
təşkilatın dövlət qeydiyyatına
alınmasından imtinadan inzibati qaydada və (və ya)
məhkəmə qaydasında şikayət verilə
bilər. [27]
Qeyri-hökumət
təşkilatının fəaliyyətinə
qeyri-hökumət təşkilatın yenidən təşkil
edilməsi (birləşmə, qoşulma, bölünmə,
ayrılma, çevrilmə) və ya qeyri-hökumət
təşkilatının ləğv edilməsi yolları
ilə xitam verilir.
19.1. Qeyri-hökumət
təşkilatı bu Qanunda nəzərdə tutulan qaydada
yenidən təşkil edilə bilər. Qeyri-hökumət
təşkilatının yenidən təşkili onun təsisçilərinin
və ya təşkilatın nizamnamə ilə vəkil
edilmiş orqanın qərarı ilə həyata
keçirilə bilər.
19.2. Qeyri-hökumət
təşkilatının yenidən təşkili
birləşmə, qoşulma, bölünmə, ayrılma
və çevrilmə formalarında həyata keçirilə
bilər.
19.3. Qeyri-hökumət
təşkilatının başqa təşkilatın ona
qoşulma formasında yenidən təklif edilməsi
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
onlardan birinin fəaliyyətinə xitam verilməsi haqqında
qeydin hüquqi şəxslərin dövlət reyestrinə
daxil edildiyi andan sayılır. [28]
19.4. Qeyri-hökumət
təşkilatının ayrılma və bölünmə
formalarında təşkil edilməsi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən onlardan birinin ayrılması
haqqında və ya bölünən təşkilatın
fəaliyyətinə xitam verilməsi haqqında və yeni
qeyri-hökumət təşkilatlarının təsis
edilməsi haqqında qeydlərin hüquqi şəxslərin
dövlət reyestrinə daxil edildiyi andan sayılır.
19.5. Qeyri-hökumət
təşkilatının çevrilmə formasında
təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən mövcud olan təşkilatın ləğvi
və onun əsasında yeni təşkilatın təsis
edilməsi haqqında qeydlərin hüquqi şəxslərin
dövlət reyestrinə daxil edildiyi andan sayılır.
19.6. Qeyri-hökumət
təşkilatının yenidən təşkilindən sonra
hüquq varisliyi ilə bağlı olan bütün
məsələlər Azərbaycan Respublikasının Mülki
Məcəlləsində nəzərdə tutulmuş qaydada
həll olunur.
19.7. Xarici
dövlətin qeyri-hökumət təşkilatı digər
təşkilatla birləşdikdə, qoşulduqda və ya
özü bölündükdə, təşkilati-hüquqi
formasını dəyişdikdə onun Azərbaycan
Respublikasının ərazisindəki filialı və ya
nümayəndəliyi ləğv edilir.[29]
Qeyri-hökumət
təşkilatı Azərbaycan
Respublikasının Mülki Məcəlləsində və hüquqi
şəxslərin dövlət qeydiyyatı haqqında
Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş qaydada ləğv edilə
bilər. Qeyri-hökumət təşkilatı
ləğv edildikdə həmin qurum tərəfindən
əmlak məsələlərinin Azərbaycan
Respublikasının Mülki Məcəlləsində
nəzərdə tutulmuş qaydada həll olunması
barədə məlumatlar və bu məlumatları təsdiq
edən sənədlər hüquqi şəxslərin
dövlət reyestrinə daxil olunması üçün
müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. [30]
Qeyri-hökumət
təşkilatının ləğv edilməsi ilə
bağlı bütün əmlak məsələləri
Azərbaycan Respublikasının Mülki
Məcəlləsində nəzərdə tutulmuş qaydada
həll olunur.
22.1. Qeyri-hökumət
təşkilatı Azərbaycan Respublikasının
qanunvericiliyi ilə qadağan olunmayan və qeyri-hökumət
təşkilatının nizamnaməsində nəzərdə
tutulan məqsədlərə zidd olmayan, ölkə
daxilində və xaricdə hər hansı fəaliyyət
növünü həyata keçirə bilər.
22.2. Qeyri-hökumət
təşkilatı əldə edilmiş gəliri
təsisçiləri (üzvləri) arasında
bölüşdürməyərək, yalnız
təşkilatın yaradılması
məqsədlərinə nail olmasına yönəldilmiş
sahibkarlıq fəaliyyətini həyata keçirilə
bilər. Belə fəaliyyət kimi qeyri-hökumət
təşkilatının yaranma məqsədlərinə cavab
verən, mənfəət gətirən mal və xidmət
istehsalı və satışı, habelə qiymətli
kağızların, əmlak və qeyri-əmlak
hüquqlarının əldə edilməsi,
əmanətçi kimi təsərrüfat
cəmiyyətlərində, ortaqlıqlarda iştirakı
qəbul edilir.
22.3. Qeyri-hökumət
təşkilatı sahibkarlıq fəaliyyəti üzrə
gəlir və xərclərin uçotunu aparır.
Qeyri-hökumət təşkilatının məşğul
ola bilən fəaliyyət növləri üçün
hər bir məhdudiyyət yalnız qanunla müəyyən
olunur.
22.4.
Qeyri-hökumət təşkilatı peşəkar dini
fəaliyyətlə məşğul ola bilməz.[31]
23.1. Qeyri-hökumət
təşkilatının mülkiyyətində
qanunvericiliklə qadağan olunmamış növlərdə
əmlak ola bilər. [32]
23.2. Qeyri-hökumət
təşkilatı öz öhdəliklərinə
görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq
özgəninkiləşdirilə bilər.
23.3. Fondun əmlakını onun
təsisçiləri (təsisçisi) tərəfindən
verilən əmlak təşkil edir. Fond təsis olunduqdan sonra
ona əmlak vermiş şəxs təsisçi hüququ
qazanmır. Təsisçilər onların yaratdığı
fondun öhdəlikləri üçün, fondlar isə
öz təsisçilərinin öhdəlikləri
üçün məsuliyyət daşımır.
24.0.
Qeyri-hökumət təşkilatının
əmlakının pul və digər şəkildə
formalaşdırılma mənbələri
aşağıdakılardır:
24.0.1.
təsisçilərin və ya ictimai birliklərin
üzvlərinin müntəzəm və ya birdəfəlik
üzvlük haqları;
24.0.2. əmlak
haqları və könüllü ianələri;[33]
24.0.3. malların
satışından, xidmətlər
göstərilməsindən, işlər
görülməsindən daxilolmalar;
24.0.4. səhmlər,
istiqrazlar, başqa qiymətli kağız və
əmanətlərdən alınan dividendlər,
gəlirlər;
24.0.5. öz
əmlakından istifadə və onun satılması
nəticəsində əldə edilən gəlirlər;
24.0.6. qrantlar;
24.0.7.
qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər.
Maddə 24-1. İanələr və qrantlar[34]
24-1.1. İanə - qeyri-hökumət
təşkilatının,
habelə xarici dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və ya
nümayəndəliklərinin
qarşısında hər hansı məqsədə nail olmaq
vəzifəsi qoymadan ona Azərbaycan
Respublikasının vətəndaşı, yaxud Azərbaycan
Respublikasında dövlət qeydiyyatına alınmış
hüquqi şəxs, xarici hüquqi şəxsin filial və
ya nümayəndəliyi (bu Qanunun 12.3-cü maddəsində
nəzərdə tutulmuş sazişi bağlamış xarici
dövlətin qeyri-hökumət təşkilatının
filial və ya nümayəndəliyi) tərəfindən
bu Qanunla nəzərdə tutulmuş qaydada maliyyə
vəsaiti şəklində və (və ya) başqa maddi
formada verilən yardımdır.[35]
24-1.2. Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya
nümayəndəlikləri qəbul
etdiyi və ya vəd edilən ianə müqabilində,
ianə verən şəxsə və ya hər hansı
digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi
və sair nemət, hər hansı imtiyaz və ya
güzəşt verə, belə təkliflə çıxış
edə və ya belə vəd verə bilməz.
24-1.3. Qeyri-hökumət təşkilatına, habelə xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya
nümayəndəliklərinə ianə
verən şəxs verdiyi və ya verəcəyi ianə
müqabilində özü və ya üçüncü
şəxslər üçün birbaşa, yaxud dolayı
yola maddi və sair nemət, hər hansı imtiyaz və ya
güzəşt tələb edə və ya qəbul edə
bilməz, belə təklifə və ya vədə
razılıq verə bilməz.
24-1.4. İanə edilən pul vəsaitləri
qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya
nümayəndəliklərinin bank
hesabına köçürmə yolu ilə qəbul edilir.
Nizamnaməsinə əsasən başlıca məqsədi
xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya
nümayəndəlikləri iki
yüz manatadək ianəni nağd şəkildə qəbul
edə bilər.
24-1.5.
Qeyri-hökumət təşkilatı, habelə xarici
dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və ya
nümayəndəlikləri qəbul etdiyi ianələrin
məbləği və ianəni vermiş şəxslər
barədə məlumatları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
qaydada müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
Barəsində məlumat təqdim edilməmiş
ianələr üzrə bank əməliyyatları və
hər hansı digər əməliyyatlar aparıla bilməz.[36]
24-1.6. Qrantların
verilməsi, alınması və istifadəsi ilə
bağlı iqtisadi və hüquqi münasibətlər “Qrant
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.
Maddə
24-2. Qeyri-hökumət
təşkilatı tərəfindən xidmətlərin
göstərilməsi və işlərin görülməsi[37]
24-2.1. Qeyri-hökumət
təşkilatı tərəfindən bu Qanunun 24.0.3-cü
maddəsində nəzərdə tutulmuş xidmətlərin
göstərilməsi və işlərin görülməsi
müqavilə əsasında həyata keçirilir. Xarici
maliyyə mənbələri hesabına xidmətlərin
göstərilməsi və ya işlərin
görülməsi haqqında müqavilə qeydə
alınması üçün qeyri-hökumət
təşkilatı tərəfindən müvafiq icra
hakimiyyəti orqanına təqdim olunur.
24-2.2.
Müqavilə olmadan və ya qeydiyyata alınmamış
müqavilə üzrə xidmətlər göstərən
və ya işlər görən qeyri-hökumət
təşkilatı Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə əsasən
məsuliyyət daşıyır.
25.1. İctimai birliyin
strukturu, tərkibi, idarəetmə orqanlarının
səlahiyyəti, formalaşdırılma qaydası və
onların səlahiyyət müddəti, qərar qəbul etmə
və ictimai birliyin adından çıxış etmə
qaydaları bu Qanun və digər qanunlara müvafiq olaraq
ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir.
25.2. İctimai birliyin
ali idarəetmə orqanı ildə bir dəfədən az
olmayaraq çağırılan Ümumi
yığıncaqdır.
25.3. Ümumi
yığıncaq ictimai birliyin icra orqanının,
təsisçilərdən birinin və ya üzvlərinin
üçdə bir hissəsinin təşəbbüsü
ilə çağırılır.
25.4. Ümumi
yığıncağın əsas funksiyası onun
marağı naminə yarandığı
məqsədlərə riayət etməkdir.
25.5. Ümumi
yığıncağın səlahiyyətinə
aşağıdakı məsələlərin həlli
aiddir:
25.5.1. ictimai birliyin
nizamnaməsinin qəbulu və ona dəyişikliklərin
edilməsi;
25.5.2. ictimai birliyin
əmlakının formalaşma və istifadə
prinsiplərinin müəyyən edilməsi;
25.5.3. ictimai birliyin
icra orqanlarının yaradılması və onların
səlahiyyətlərinin vaxtından əvvəl
dayandırılması;
25.5.4. illik
hesabatın təsdiq edilməsi;
25.5.5. başqa
təşkilatlarda iştirak;
25.5.6. ictimai birliyin
yenidən təşkili və ləğv edilməsi.
25.6. İctimai birliyin
təsisçilərinə və üzvlərinə ümumi
yığıncağın yeri və vaxtı haqqında
ən azı 2 həftə əvvəl məlumat verilməlidir.
Ümumi yığıncaq yalnız birlik üzvlərinin
yarısından çoxu iştirak etdikdə
nizamnaməyə dəyişikliklər edə bilər.
Ümumi yığıncağın qərarı
yığıncaqda iştirak edən üzvlərin səs
çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir
səsə malikdir.
25.7. Ümumi
yığıncaqda yazılı protokol
aparılmalıdır. Protokol yığıncağın
sədri və katibi tərəfindən imzalanır.
Yığıncağın protokolu lazım gəldikdə
bütün üzvlərə paylanmalıdır.
26.1. İctimai birliyin
icra orqanı kollegial və (və ya) təkbaşına ola
bilər. O, ictimai birliyin fəaliyyətinə cari
rəhbərliyi həyata keçirir və ictimai birliyin ali
idarəetmə orqanına hesabat verir.
26.2. İctimai birliyin
icra orqanı ictimai birliyin filiallarını yaradır və
nümayəndəliklərini açır.
26.3. İctimai birliyin
icra orqanının səlahiyyətinə ictimai birliyin
başqa idarəetmə orqanlarının bu Qanun, digər
qanunlar və ictimai birliyin nizamnaməsi ilə
müəyyən edilən müstəsna səlahiyyətini
təşkil etməyən bütün
məsələlərin həlli aiddir.
26.4.
İctimai birliyin səlahiyyət müddəti bitmiş icra
orqanları tərəfindən təşkilatın
fəaliyyəti ilə əlaqədar hər hansı
qərarların qəbul edilməsinə və ya sənədlərin
imzalanmasına yol verilmir.[38]
27.1. Fondun idarəsini
fondun Prezidenti və ya idarə heyəti həyata
keçirirlər.
27.2. Fondun
himayəçilik Şurası fondun nəzarət
orqanıdır və fondun fəaliyyətinə, fondun
başqa orqanları tərəfindən qərarların
qəbul edilməsinə və onların yerinə
yetirilməsinin təmin edilməsinə, fond vəsaitinin
istifadə edilməsinə, fəaliyyətinə
nəzarəti və nizamnaməyə dəyişikliklər
edilməsini, ləğvetmə və ya yenidən
təşkiletmə haqqında qərarın qəbulunu
həyata keçirir. Fondun Himayəçilik şurası
öz fəaliyyətini ictimai əsaslarla həyata
keçirir.
27.3. Fondun
Himayəçilik Şurasının formalaşma və
fəaliyyət qaydası fondun təsisçiləri
tərəfindən təsdiq edilmiş fondun
nizamnaməsində müəyyən edilir.
Qeyri-hökumət təşkilatının
hüquqları bütün dövlət orqanları
tərəfindən qorunur. Qeyri-hökumət
təşkilatları qanunvericilik
çərçivəsində öz fəaliyyətini
müstəqil olaraq həyata keçirmək hüququna
malikdir. Dövlət hakimiyyət orqanları
qeyri-hökumət təşkilatlarına maliyyə və başqa
formalarda yardım edə bilərlər. Dövlət
orqanlarında ictimai birliklərin strukturları
yaradılmır.[39]
29.1.
Qeyri-hökumət təşkilatı qanunvericiliyə
müvafiq olaraq mühasibat uçotu aparır.
29.2.
Qeyri-hökumət təşkilatının gəlirinin
məbləği və strukturu, habelə onun əmlakı,
xərcləri, işçilərin say tərkibi,
əməyin ödənilməsi haqqında məlumatlar dövlət
və ya kommersiya sirri ola bilməz.
29.3. Fond öz
əmlakından istifadə haqqında hesabatları hər il
dərc etməyə borcludur.
29.4.
Qeyri-hökumət təşkilatı illik maliyyə
hesabatını hər il aprel ayının 1-dən gec
olmayaraq Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanına təqdim edir. Bu hesabatların
forması, məzmunu və təqdim edilməsi qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.[40]
29.5.
Qeyri-hökumət təşkilatları, habelə xarici
dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və
nümayəndəlikləri öz fəaliyyətinin şəffaflığını
təmin etməlidirlər. Qeyri-hökumət
təşkilatları, habelə xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və
nümayəndəlikləri korrupsiya hüquqpozmalarının,
habelə cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının
alınması məqsədi ilə onun üçün
müvafiq qanunvericiliklə müəyyən edilmiş
tədbirləri yerinə yetirməlidirlər.[41]
Maddə 30-1. Qeyri-hökumət təşkilatlarının,
habelə xarici dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və ya
nümayəndəliklərinin fəaliyyətinin onların
nizamnamələrinə (əsasnamələrinə) və
Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğunluğunun öyrənilməsi[43]
30-1.1. Qeyri-hökumət
təşkilatlarının, habelə xarici
dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və ya
nümayəndəliklərinin fəaliyyətinin onların
nizamnamələrinə (əsasnamələrinə) və
Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğunluğunun öyrənilməsi qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
30-1.2. Müvafiq icra hakimiyyəti
orqanı qeyri-hökumət təşkilatlarının,
habelə xarici dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və ya nümayəndəliklərinin
fəaliyyətinin onların nizamnamələrinə
(əsasnamələrinə) və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğunluğunun
öyrənilməsi işinə aidiyyəti dövlət
orqanlarının və digər qeyri-hökumət
təşkilatlarının nümayəndələrini
cəlb etmək səlahiyyətinə malikdir.
31.1. Qeyri-hökumət
təşkilatı, habelə xarici dövlətin
qeyri-hökumət təşkilatının filial və ya
nümayəndəliyi bu Qanunun müddəalarından
irəli gələn tələbləri pozduqda qanunla
müəyyən edilmiş qaydada məsuliyyət
daşıyır.
31.2. Azərbaycan Respublikası qanunvericiliyinin,
eləcə də nizamnamənin müddəalarından
irəli gələn tələblərin pozulmasına
görə qanunla məsuliyyət müəyyən
olunmadığı hallarda müvafiq icra hakimiyyəti
orqanı tərəfindən qeyri-hökumət
təşkilatına və ya xarici dövlətin
qeyri-hökumət təşkilatının filial və ya
nümayəndəliyinə yazılı surətdə
xəbərdarlıq edilir və pozuntuların 30
günədək müddətdə aradan
qaldırılması haqqında göstəriş verilir.
31.3. Aşağıda
göstərilən hallarda
qeyri-hökumət təşkilatının, habelə xarici
qeyri-hökumət təşkilatının filial və ya
nümayəndəliyinin fəaliyyəti məhkəmə
qərarı ilə bir ilədək müddətə
dayandırıla bilər: Qeyri-hökumət
təşkilatının, habelə xarici dövlətin
qeyri-hökumət təşkilatının filial və ya
nümayəndəliyinin fəaliyyətinin dayandırılması
əsasları aşağıdakılardır:[45]
31.3.1. qeyri-hökumət
təşkilatı, habelə xarici dövlətin
qeyri-hökumət təşkilatının filial və ya
nümayəndəliyi fövqəladə vəziyyətin
tətbiq edilməsinə səbəb olmuş şəraitin
aradan qaldırılmasına maneçilik törətdikdə;
31.3.2. qeyri-hökumət
təşkilatı, xarici dövlətin qeyri-hökumət
təşkilatının filial və ya nümayəndəliyi
müvafiq icra hakimiyyəti orqanının xəbərdarlığında
və ya göstərişində bildirilmiş pozuntuların
müəyyən edilmiş müddətdə aradan
qaldırılmamasına görə inzibati
məsuliyyətə cəlb edildikdən sonra qurum
tərəfindən həmin pozuntular aradan
qaldırılmadıqda;
31.3.3. qeyri-hökumət
təşkilatının icra orqanı tərəfindən
təşkilatın üzvlərinin hüquqlarının
pozulması müəyyən edildikdə.
31.3-1. Hərbi vəziyyətin
elan edilməsinə səbəb olmuş halların aradan
qaldırılmasına və müəyyən edilmiş
tədbirlərin həyata keçirilməsinə mane olan
qeyri-hökumət təşkilatının, habelə xarici
dövlətin qeyri-hökumət təşkilatının
filial və ya nümayəndəliyinin fəaliyyəti
hərbi vəziyyət başa çatanadək
dayandırıla bilər.[46]
31.4. Qeyri-hökumət
təşkilatına, habelə xarici qeyri-hökumət
təşkilatının filial və ya
nümayəndəliyinə bir il ərzində ikidən
çox yazılı surətdə xəbərdarlıq
və ya pozuntuların aradan qaldırılması haqqında
göstəriş verildiyi halda qeyri-hökumət
təşkilatı, habelə xarici qeyri-hökumət
təşkilatının filial və ya nümayəndəliyi
müvafiq icra hakimiyyəti orqanının müraciəti
əsasında məhkəmənin qərarı ilə
ləğv edilə bilər.
31.5. Qeyri-hökumət
təşkilatı, habelə xarici dövlətin
qeyri-hökumət təşkilatının filial və ya
nümayəndəliyi qanunla müəyyən edilmiş
məsuliyyət tədbirlərinin tətbiqi ilə
əlaqədar inzibati qaydada və ya məhkəməyə
şikayət etmək hüququna malikdir.
31.6. Bu Qanunun 31.3.1-ci və 31.3.2-ci
maddələrində nəzərdə tutulmuş hallarda
qeyri-hökumət təşkilatının, habelə xarici
dövlətin qeyri-hökumət təşkilatının
filial və ya nümayəndəliyinin fəaliyyətinin
dayandırılması barədə məhkəməyə
müraciət müvafiq icra hakimiyyəti orqanı
tərəfindən, bu Qanunun 31.3.3-cü maddəsində
nəzərdə tutulmuş halda isə qeyri-hökumət
təşkilatının üzvləri tərəfindən
edilir.
31.7. Qeyri-hökumət
təşkilatının, habelə xarici dövlətin
qeyri-hökumət təşkilatının filial və ya
nümayəndəliyinin fəaliyyətinin dayandırılmasına
səbəb olmuş pozuntular aradan qaldırıldıqda bu
Qanunun 31.3.1-ci və 31.3.2-ci maddələrində
nəzərdə tutulmuş hallarda müvafiq icra
hakimiyyəti orqanının, 31.3.3-cü maddəsində
müəyyən olunmuş halda isə təşkilatın
üzvlərinin müraciəti əsasında qurumun
fəaliyyəti məhkəmənin qərarı ilə
vaxtından əvvəl bərpa oluna bilər.
Bu Qanun
qüvvəyə minməmişdən əvvəl
dövlət qeydiyyatına alınmış
qeyri-hökumət təşkilatları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən Azərbaycan
Respublikası hüquqi şəxslərinin Dövlət
reyestrinə daxil edilməlidirlər.
Bu Qanun dərc edildiyi
gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 13 iyun 2000-ci il
¹ 894-IQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 22 iyun 2001-ci il tarixli 157-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 9, maddə 576)
2. 5 oktyabr 2001-ci il tarixli 182-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 675)
3. 3 dekabr 2002-ci il tarixli 398-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1, maddə 16)
4. 4 mart 2005-ci il tarixli 856-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 4, maddə 278)
5. 10 iyun 2005-ci il tarixli 925-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə 684)
6. 28 oktyabr 2005-ci il tarixli 1041
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 noyabr
2005-ci il)
7. 1 oktyabr 2007-ci il tarixli 424-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1049)
8. 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1053)
9. 13 iyun 2008-ci il tarixli 649-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 avqust 2008-ci il, ¹ 190,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹
8, maddə 699)
10. 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 24 iyul 2009-cu il, ¹ 160,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
07, maddə 517)
11. 30 iyun 2009-cu il tarixli 842-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 1 sentyabr 2009-cu il, ¹
193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 08, maddə
611)
12. 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, ¹ 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, ¹ 4, maddə
265)
13. 15 fevral 2013-cü il tarixli 561-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 mart 2013-cü il, ¹ 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2013-cü il, ¹ 03, maddə 216)
14. 17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79)
15. 17 oktyabr
2014-cü il tarixli 1082-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 16
noyabr 2014-cü il, ¹ 250; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1359)
16. 1 may 2018-ci il
tarixli 1101-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 iyun 2018-ci il, ¹ 142, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹6, maddə 1160)
17. 12 iyun 2018-ci il
tarixli 1183-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 iyun 2018-ci il, ¹ 142, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab, maddə 1405)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə 1.1-ci
maddədə “ictimai
birliklərin və fondların” sözlərindən sonra
“, habelə xarici
dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və
nümayəndəliklərinin” sözləri əlavə edilmişdir.
[2]
30 iyun 2009-cu il tarixli 842-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 sentyabr 2009-cu il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 08, maddə
611) ilə 1.4-cü maddədə “orqanlarına” sözündən sonra “, habelə bu təsisatlara
məxsus olan funksiyaların həyata keçirilməsi
məqsədi ilə yaradılan qurumlara” sözləri
əlavə edilmişdir.
17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə 1.4-cü maddədə “qeyri-hökumət” sözü
“qeyri-kommersiya” sözü ilə əvəz edilmişdir.
[3]
30 iyun 2009-cu il tarixli 842-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 sentyabr 2009-cu il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 08, maddə
611) ilə 2.2-ci maddədə “könüllü” sözü
çıxarılmışdır.
[4] 17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə yeni məzmunda 2.2-1-ci maddə
əlavə edilmişdir.
[5] 17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə 2.3-cü maddəyə yeni məzmunda
ikinci cümlə əlavə edilmişdir.
12 iyun 2018-ci il tarixli 1183-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun
2018-ci il, ¹ 142,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
7, I kitab, maddə 1405) ilə 2.3-cü
maddəyə yeni məzmunda üçüncü
cümlə əlavə edilmişdir.
[6] 28 oktyabr
2005-ci il tarixli 1041-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 noyabr 2005-ci il) ilə
2.4-cü maddədə “(xarici
fiziki və hüquqi şəxslər, nizamnamə
kapitalında xarici fiziki və hüquqi şəxslərin
payı 30 faizdən artıq olan Azərbaycan
Respublikasının hüquqi şəxsləri
tərəfindən qrant alan və ya başqa cür
maliyyələşdirilən qeyri-hökumət
təşkilatları istisna olmaqla)” sözləri
çıxarılmışdır.
Əvvəlki
redaksiyada deyilirdi:
2.4. Qeyri-hökumət
təşkilatı Azərbaycan Respublikası Prezidentinin,
Azərbaycan Respublikası Milli Məclisinin və
bələdiyyələrin seçkilərində iştirak
edə bilməz, siyasi partiyalara maliyyə və başqa maddi
yardım göstərə bilməz. Azərbaycan
Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq
qeyri-hökumət təşkilatları (xarici fiziki və
hüquqi şəxslər, nizamnamə kapitalında xarici
fiziki və hüquqi şəxslərin payı 30 faizdən
artıq olan Azərbaycan Respublikasının hüquqi
şəxsləri tərəfindən qrant alan və ya
başqa cür maliyyələşdirilən
qeyri-hökumət təşkilatları istisna olmaqla)
Azərbaycan Respublikasında keçirilən prezident
seçkiləri, Milli Məclisə seçkiləri və
bələdiyyələrə seçkiləri
müşahidə edə bilərlər. Qeyri-hökumət
təşkilatı Azərbaycan Respublikasının
qanunlarında və öz nizamnaməsində
nəzərdə tutulmuş qaydada hüquqi normativ aktların
təkmilləşdirilməsi təklifləri ilə
çıxış edə bilər.
13
iyun 2008-ci il tarixli 649-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 avqust
2008-ci il, ¹ 190, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹ 8, maddə 699) ilə 2.4-cü
maddənin ikinci cümləsində “müşahidə edə” sözlərindən sonra
“və exit-poll həyata
keçirə” sözləri əlavə edilmişdir və
2.4-cü maddəyə yeni məzmunda üçüncü
cümlə əlavə edilmişdir, üçüncü
cümlə müvafiq olaraq dördüncü cümlə
hesab edilmişdir.
[7]
30 iyun 2009-cu il tarixli 842-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 sentyabr 2009-cu il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 08, maddə
611) ilə 3.1-ci maddəyə ikinci və
üçüncü cümlələr əlavə
edilmişdir.
[8]
30 iyun 2009-cu il tarixli 842-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 sentyabr 2009-cu il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 08, maddə
611) ilə 3-1-ci maddə
əlavə edilmişdir.
[9] 17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə 4-cü
maddədə “istənilən”
sözü “bu Qanunla müəyyən edilmiş”
sözləri ilə əvəz edilmişdir.
[10] 10 iyun 2005-ci il tarixli 925-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə 684) ilə 7.1-ci
maddədə "Qeydə
alınmış" sözləri "Dövlət qeydiyyatına alınmış" sözləri
ilə əvəz edilmişdir.
30
iyun 2009-cu il tarixli 842-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 sentyabr 2009-cu il, ¹ 193) ilə
7.1-ci maddəyə ikinci-üçüncü
cümlələr əlavə edilmişdir.
[11] 17 dekabr
2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə yeni məzmunda
7.1-1-ci maddə əlavə edilmişdir.
[12] 17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə 7.4-cü
maddənin birinci cümləsində “Əsasnaməyə əsasən” sözləri “Əsasnamədə
müəyyən edilmiş fəaliyyət predmetinə və
vəzifələrinə uyğun” sözləri ilə
əvəz edilmişdir.
[13] 17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə yeni məzmunda
7.4-1-ci maddə əlavə edilmişdir.
[14]
30 iyun 2009-cu il tarixli 842-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 sentyabr 2009-cu il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 08, maddə
611) ilə 7.5-ci maddəyə ikinci cümlə
əlavə edilmişdir.
17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə 7.5-ci
maddənin ikinci cümləsi yeni redaksiyada verilmişdir, yeni
məzmunda üçüncü cümlə əlavə edilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Təsisçilərinin
əcnəbilər və ya xarici hüquqi şəxslər
olduğu qeyri-hökumət təşkilatlarının filial
və ya nümayəndəliklərinin rəhbərlərinin
müavinləri Azərbaycan Respublikasının
vətəndaşları olmalıdırlar.
[15]
1 oktyabr 2007-ci il tarixli 424-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1049) ilə 8.4-cü və 8.5-ci maddələr
əlavə edilmişdir.
[16]
30 iyun 2009-cu il tarixli 842-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 sentyabr 2009-cu il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 08, maddə
611) ilə 9.1-1-ci maddə əlavə edilmişdir.
17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə 9.1-1-ci
maddədə “təsisçisi”
sözündən sonra “və
qanuni təmsilçisi” sözləri əlavə edilmişdir.
[17]
30 iyun 2009-cu il tarixli 842-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 sentyabr 2009-cu il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 08, maddə
611) ilə 10.4-cü maddə əlavə edilmişdir.
[18] 17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə yeni məzmunda
10.5-ci maddə əlavə edilmişdir.
[19] 17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə 11-ci maddənin
birinci cümləsində “öz
münasibətlərini
qeyri-hökumət təşkilatı ilə təşkilati
cəhətdən rəsmiləşdirmədən”
sözləri çıxarılmışdır, ikinci
cümləsində “təsis
sənədləri” sözlərindən sonra “və “Könüllü
fəaliyyət haqqında” Azərbaycan Respublikasının
Qanunu” sözləri əlavə edilmişdir.
[20]
30 iyun 2009-cu il tarixli 842-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 sentyabr 2009-cu il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 08, maddə
611) ilə 12.1-1-ci maddə əlavə edilmişdir.
[21]
30 iyun 2009-cu il tarixli 842-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 sentyabr 2009-cu il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 08, maddə
611) ilə 12.3-cü maddə əlavə edilmişdir.
17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə 12.3-cü
maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[22] 17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə 13.1-ci
maddədə “məqsədləri
və” sözləri “məqsədləri, daimi və ya
konkret məqsədlə təsis edildiyi,” sözləri
ilə əvəz edilmişdir.
[23]
30 iyun 2009-cu il tarixli 842-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 sentyabr 2009-cu il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 08, maddə
611) ilə 13.3-cü maddə əlavə edilmişdir.
[24] 17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə yeni məzmunda
16.3 və 16.4-cü maddələr əlavə edilmişdir.
[25] 10 iyun
2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə
684) ilə 17.1-ci
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
17.1.
Qeyri-hökumət təşkilatlarının dövlət
qeydiyyatına alınmasından yalnız həmin ad altında
digər qeyri-hökumət təşkilatı mövcud olduqda
və ya dövlət qeydiyyatı üçün təqdim
olunmuş sənədlər Azərbaycan Respublikası
Konstitusiyasına, bu Qanuna və Azərbaycan
Respublikasının digər qanunlarına zidd olduqda və ya
sənədlərdə yanlış məlumatlar olduqda imtina
edilə bilər.
[26] 10 iyun 2005-ci il tarixli
925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə 684) ilə 17.2-ci maddədə "imtina haqqında
qərar," sözləri çıxarılmış
və "yazılı
surətdə" sözlərindən sonra "məlumat" sözü
əlavə edilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
17.2.
Qeyri-hökumət təşkilatının dövlət
qeydiyyatına alınmasından imtina haqqında qərar,
imtinanın əsasları və təsis sənədlərin
hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları
və maddələrini göstərilməklə,
yazılı surətdə qeyri-hökumət
təşkilatının nümayəndəsinə təqdim
olunur.
[27] 10 iyun 2005-ci il tarixli 925-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə 684) ilə 17.4-cü
maddədə "imtina
haqqında qərardan" sözləri "imtinadan" sözü ilə əvəz
edilmişdir.
9
oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1053) ilə 17.4-cü maddəsində “imtinadan” sözündən sonra “inzibati qaydada və (və ya)” sözləri
əlavə edilmişdir.
[28] 5 oktyabr
2001-ci il tarixli 182-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
675) ilə Qanunun 19.3-cü maddəsində "birləşmə və"
sözləri çıxarılmış, "formalarında" sözü "formasında" sözü ilə əvəz
edilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
19.3.
Qeyri-hökumət təşkilatının başqa
təşkilatın ona birləşmə və qoşulma
formalarında yenidən təklif edilməsi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən onlardan birinin
fəaliyyətinə xitam verilməsi haqqında qeydin
hüquqi şəxslərin dövlət reyestrinə daxil
edildiyi andan sayılır.
[29] 17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə yeni məzmunda
19.7-ci maddə əlavə edilmişdir.
[30] 17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə 20-ci
maddədə “təşkilatı”
sözündən sonra “Azərbaycan
Respublikasının Mülki Məcəlləsində və”
sözləri əlavə edilmişdir, maddəyə
yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[31] 17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə yeni məzmunda
22.4-cü maddə əlavə edilmişdir.
[32] 5 oktyabr
2001-ci il tarixli 182-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
675) ilə Qanunun 23.1-ci maddəsində "və ya operativ idarəsində"
sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada
deyilirdi:
23.1. Qeyri-hökumət
təşkilatının mülkiyyətində və ya
operativ idarəsində qanunvericiliklə qadağan
olunmamış növlərdə əmlak ola bilər.
[33]
30 iyun 2009-cu il tarixli 842-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 sentyabr 2009-cu il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 08, maddə
611) ilə 24.0.2-ci maddədən “könüllü” sözü
çıxarılmışdır və həmin
maddədə “ianələri”
sözündən əvvəl “könüllü”
sözü əlavə edilmişdir.
[34]
15 fevral 2013-cü il tarixli 561-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 mart
2013-cü il, ¹ 55, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 03, maddə 216) ilə
24-1-ci maddə əlavə edilmişdir.
[35] 17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə 24-1.1-ci
maddədə “qeyri-hökumət
təşkilatının” sözlərindən sonra “, habelə xarici
dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və ya
nümayəndəliklərinin” sözləri, 24-1.2-ci
maddədə “Qeyri-hökumət
təşkilatı” sözlərindən sonra “, habelə xarici
dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəlikləri” sözləri,
24-1.3-cü maddədə “Qeyri-hökumət
təşkilatına” sözlərindən sonra “, habelə xarici
dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və ya
nümayəndəliklərinə” sözləri,
24-1.4-cü maddənin birinci cümləsində “qeyri-hökumət
təşkilatının” sözlərindən sonra “, habelə xarici
dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və ya
nümayəndəliklərinin” sözləri, ikinci
cümləsində “qeyri-hökumət
təşkilatı” sözlərindən sonra “, habelə xarici
dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəlikləri” sözləri,
24-1.5-ci maddədə “Qeyri-hökumət
təşkilatının” sözlərindən sonra “, habelə xarici
dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və ya
nümayəndəliklərinin” sözləri əlavə edilmişdir.
17 oktyabr
2014-cü il tarixli 1082-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 16
noyabr 2014-cü il, ¹ 250; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1359) ilə 24-1.1-ci
maddədə “ona”
sözündən sonra “Azərbaycan
Respublikasının vətəndaşı, yaxud Azərbaycan
Respublikasında dövlət qeydiyyatına alınmış
hüquqi şəxs, xarici hüquqi şəxsin filial və
ya nümayəndəliyi (bu Qanunun 12.3-cü maddəsində
nəzərdə tutulmuş sazişi bağlamış xarici
dövlətin qeyri-hökumət təşkilatının
filial və ya nümayəndəliyi) tərəfindən”
sözləri əlavə edilmişdir.
[36] 17 oktyabr 2014-cü il tarixli 1082-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 16 noyabr 2014-cü il, ¹ 250; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1359) ilə 24-1.5-ci
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
24-1.5.
Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya
nümayəndəliklərinin”
qəbul etdiyi ianələrin
məbləği və ianəni vermiş şəxslər
barədə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş məlumatlar
müvafiq icra hakimiyyəti orqanına təqdim olunan
maliyyə hesabatına daxil edilir.
[37] 17 oktyabr 2014-cü il tarixli 1082-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 16 noyabr 2014-cü il, ¹ 250; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1359) ilə 24-2-ci
maddə əlavə edilmişdir.
[38] 17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə yeni məzmunda
26.4-cü maddə əlavə edilmişdir.
[39] 22 iyun
2001-ci il tarixli 157-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 9, maddə
576) ilə 28-ci maddəsinə aşağıdakı
məzmunda cümlə əlavə edilmişdir:
"Dövlət
orqanlarında ictimai birliklərin strukturları
yaradılmır."
[40]
30 iyun 2009-cu il tarixli 856-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyul 2009-cu il, ¹ 160, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 07, maddə
517) ilə yeni məzmunda 29.4-cü maddə əlavə
edilmişdir.
30
iyun 2009-cu il tarixli 842-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 sentyabr 2009-cu il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 08, maddə
611) ilə yeni məzmunda 29.4-cü maddə əlavə
edilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
29.4.
Qeyri-hökumət təşkilatı cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasının və
terrorçuluğun maliyyələşdirilməsinin
qarşısının alınması məqsədi ilə
onun üçün müvafiq qanunvericiliklə
müəyyən edilmiş tədbirləri yerinə
yetirməlidir.
[41] 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, ¹ 82,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, ¹
4, maddə 265) ilə Azərbaycan Respublikasının
2009-cu il 30 iyun tarixli, 856-IIIQD nömrəli Qanunu ilə
əlavə edilmiş 29.4-cü maddə müvafiq olaraq
29.5-ci maddə hesab edilmişdir.
17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə 29.5-ci maddə
yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
29.5. Qeyri-hökumət
təşkilatı cinayət yolu ilə əldə edilmiş
pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının
alınması məqsədi ilə onun üçün
müvafiq qanunvericiliklə müəyyən edilmiş
tədbirləri yerinə yetirməlidir.
[42] 3 dekabr
2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1,
maddə 16) ilə 30-cu maddə
çıxarılmışdır.
Əvvəlki
redaksiyada deyilirdi:
Maddə 30. Qeyri-hökumət
təşkilatların istifadə etdiyi vergi
güzəştləri
Dövlət
qeydiyyatına alınmış qeyri-hökumət
təşkilatları Azərbaycan Respublikası Vergi
Məcəlləsində nəzərdə tutulmuş vergi
güzəştlərindən istifadə edirlər.
[43] 17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə yeni məzmunda
30-1-ci maddə əlavə edilmişdir.
[44] 30 iyun 2009-cu il tarixli 842-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 1 sentyabr 2009-cu il, ¹
193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu
il, ¹ 08, maddə 611) ilə 31.2-1-ci və 31.6-cı
maddələr əlavə edilmişdir.
4 mart 2005-ci il tarixli 856-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 4, maddə 278) ilə Qanuna
31.5-ci maddə əlavə edilmişdir.
17
dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, ¹ 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 79) ilə 31-ci maddənin
mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
31.1.
Qeyri-hökumət təşkilatı bu Qanunun
müddəalarından irəli gələn
tələbləri pozduqda Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun şəkildə məsuliyyət
daşıyır.
31.2. Bu Qanunun
məqsədlərinə zidd olan hərəkətlərə
yol verildiyi halda qeyri-hökumət təşkilatına
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
yazılı surətdə xəbərdarlıq edilə
və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş
verilə bilər.
31.2-1. Hüquqi
şəxslərin dövlət reyestri üçün
zəruri olan məlumatların təqdim edilməməsinə
və ya yanlış məlumatların verilməsinə
görə qeyri-hökumət təşkilatına
xəbərdarlıq edilir.
31.3.
Qeyri-hökumət təşkilatı həmin
xəbərdarlıqdan və ya göstərişdən
məhkəmə qaydasında şikayət vermək
hüququna malikdir.
31.4.
Qeyri-hökumət təşkilatına bir il ərzində
ikidən çox yazılı surətdə
xəbərdarlıq və ya pozuntuların aradan
qaldırılması haqqında göstəriş verildiyi
halda qeyri-hökumət təşkilatı məhkəmənin
qərarı ilə ləğv edilə bilər.
31.5.
Fövqəladə vəziyyətin tətbiq edilməsinə
səbəb olmuş şəraitin aradan
qaldırılmasına maneçilik törədən
qeyri-hökumət təşkilatının fəaliyyəti
qanunvericiliklə müəyyən edilmiş qaydada
dayandırıla bilər.
31.6.
Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını
müəyyən edilmiş müddətdə təqdim
etmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin
təşkilata yazılı surətdə
xəbərdarlıq etməklə müvafiq hesabatın 30
gün müddətində təqdim edilməsinə dair
göstəriş verir. Bu müddətdə hesabat təqdim
etməyən qeyri-hökumət təşkilatı
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq məsuliyyət daşıyır.
[45] 1 may 2018-ci il tarixli 1101-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun
2018-ci il, ¹ 142,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹6, maddə 1160) ilə
31.3-cü maddənin birinci
cümlədə “Bu
maddədə müəyyən olunmuş” sözləri “Aşağıda
göstərilən” sözləri ilə, cümlənin
sonunda isə nöqtə işarəsi iki nöqtə
işarəsi ilə əvəz edilmişdir və ikinci
cümlə ləğv edilmişdir.
[46] 1 may 2018-ci il tarixli 1101-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun
2018-ci il, ¹ 142,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹6, maddə 1160) ilə
yeni məzmunda 31.3-1-ci maddə
əlavə edilmişdir.