Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Telekommunikasiya haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 iyun 2006-cı il

417

 

 

 

Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 7 iyun tarixli 417 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının

 

S İY AHI S I

 

Sıra

-si

Səlahiyyətli dövlət hakimiyyəti orqanının adı

Telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin növü

1.

Azərbaycan Respublikasının Prezidenti

telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin bütün növləri

2.

Azərbaycan Respublikasının Nazirlər Kabineti

telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin bütün növləri (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi telekommunikasiya şəbəkələri, qurğuları və vasitələri üzrə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla)

3.

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

ümumistifadəli telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin bütün növləri (o cümlədən ümumistifadəli telekommunikasiya şəbəkələrinə qoşulmuş fiziki və hüquqi şəxslərin telekommunikasiya şəbəkələri, qurğuları və vasitələri), habelə teleradio yayımının texniki təminatı (ötürülməsi) ilə bağlı texniki yayım vasitələri

4.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantı

qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinə uyğun fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə ümumistifadəli telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin bütün növləri (o cümlədən ümumistifadəli telekommunikasiya şəbəkələrinə qoşulmuş fiziki və hüquqi şəxslərin telekommunikasiya şəbəkələri, qurğuları və vasitələri), habelə teleradio yayımının texniki təminatı (ötürülməsi) ilə bağlı texniki yayım vasitələri)