AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ

 

KOLLEGİYA QƏRARI

 

№ 6-N

 

Bakı şəhəri                                                                                                   24 aprel 2018-ci il

 

“Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Qaydaları”nın təsdiq edilməsi barədə

 

“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 915-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 dekabr tarixli 1734 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə ölkə Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndini rəhbər tutaraq Kollegiya

 

QƏRARA ALIR:

 

1. “Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A. Əliyev).

3. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin (E.Qasımov).

 

Azərbaycan Respublikasının

ədliyyə naziri

 

I dərəcəli dövlət ədliyyə müşaviri

Fikrət Məmmədov

 


 

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 24.04.2018-ci il tarixli 6-N nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası

Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə uyğun olaraq hazırlanmışdır və azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası qaydalarını tənzimləyir.

1.2. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir.

1.3. Azadlığın məhdudlaşdırılması cəzasının vaxtında və düzgün icra edilməsinə nəzarət hökmü (qərarı) çıxarmış məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti (bundan sonra – Probasiya xidməti) və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyi tərəfindən həyata keçirilir.

1.4. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı bu cəzaya məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual, Cəzaların İcrası məcəllələri və digər qanunvericilik aktları ilə müəyyən edilmiş məhdudiyyətlər və istisnalar nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlarına mənsub olan hüquq və azadlıqlarına təminat verilir.

1.5. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı qanunazidd hərəkətlərə yol vermiş icra məmurları barədə inzibati qaydada yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər.

 

2. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı icra məmurunun vəzifələri

 

2.1. Azadlığın məhdudlaşdırılması cəzasını məhkumun yaşayış yeri üzrə icra məmuru (probasiya üzrə) (bundan sonra – icra məmuru) icra edir.

2.2. İcra məmurlarının vəzifələri Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, “İcra məmurları haqqında” Qanunu və digər qanunvericilik aktları ilə müəyyən edilir.

2.3. Azadlığın məhdudlaşdırılması növündə cəzanı icra edən icra məmuru aşağıdakı əsas vəzifələri yerinə yetirir:

2.3.1. məhkuma şəxsi iş açır;

2.3.2. məhkumun qeydiyyatını aparır;

2.3.3. məhkuma cəzanın icrası və çəkilməsi qayda və şərtlərini izah edir;

2.3.4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 2017-ci il 16 fevral tarixli Q9-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, inzibati qaydada həbs edilmiş, habelə dövlət daktiloskopik qeydiyyatından keçən şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”a uyğun olaraq azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs barəsində tərtib edilmiş uçot sənədlərini üç iş günü ərzində həmin nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərir;

2.3.5. məhkuma elektron nəzarət vasitələrini tətbiq edir;

2.3.6. məhkumun Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və bu Qaydalarda müəyyən edilmiş cəzanın icrası qaydalarına və şərtlərinə riayət etməsinə nəzarət edir;

2.3.7. məhkumla tərbiyə işini aparır;

2.3.8. məhkum barəsində Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və bu Qaydalarda nəzərdə tutulmuş həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq edir;

2.3.9. olduğu yer məlum olmayan məhkumun axtarışını təşkil edir;

2.3.10. məhkumun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə probasiya qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş məlumat vərəqini dərhal, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün (qərarının) icrası barədə hakimin göstərişinin surəti əlavə olunmaqla elektron qaydada Probasiya xidmətinin elektron poçt ünvanına göndərir və bunu təsdiq edən sənədi məhkumun şəxsi işinə əlavə edir;

2.3.11. məhkum cəzasını çəkib qurtardıqda, amnistiya və ya əfvetmə aktına əsasən cəzadan azad edildikdə, cəzadan azad edilmə barədə məhkəmə qərarını aldıqdan, habelə məhkumun ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi haqqında məlumat daxil olduqdan sonra 24 saat müddətində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi üçün bu Qaydaların 2.3.10-cu yarımbəndində nəzərdə tutulmuş qaydada tədbirlər görür;

2.3.12. məhkumun cəza müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qurtararsa, məhdudlaşdırılmanın götürülməsinə dair həmin günlərdən əvvəl gələn sonuncu iş günü ərzində bu Qaydaların 2.3.10-cu yarımbəndində nəzərdə tutulmuş qaydada tədbirlər görür;

2.3.13. hər rübdən sonra gələn ayın 5-dən gec olmayaraq azadlığın məhdudlaşdırılması cəzasının icrası sahəsində görülmüş işlərin yekunu barədə Probasiya xidmətinə öz rəhbəri vasitəsi ilə məlumat verir;

2.3.14. məhkumun islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş tədbirləri həyata keçirir;

2.3.15. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hərbi vəzifəlilərə və ya çağırışçılara azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün (qərarının) surətini aldıqdan yeddi gün müddətində həmin hökm (qərar) barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə məlumat verir;

2.3.16. məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl və ya xəstəliyə görə azad edilməsi, əvvəllər qoyulmuş vəzifələrin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı müvafiq mülahizə və ya təqdimatı, habelə onlara əsas olmuş materialları Probasiya xidmətinə məlumat verməklə məhkəməyə göndərir;

2.3.17. cəzanın icrasından irəli gələn digər vəzifələri yerinə yetirir.

2.4. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra məmurlarının qanuni tələbləri Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir və bu tələbləri yerinə yetirməyən, habelə icra məmuruna həvalə olunmuş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

3. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin qeydiyyata alınması

 

3.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası bu cəzanın təyin olunması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün (qərarının) surəti və həmin hökmün (qərarın) icrası barədə hakimin göstərişi əsasında həyata keçirilir.

3.2. İcra məmuru bu Qaydaların 3.1-ci bəndində göstərilən sənədləri aldıqdan sonra bu barədə dərhal məhkəməyə məlumat verir (Əlavə 1).

3.3. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası ilə əlaqədar məhkəmə sənədlərində icraya mane olan şübhə və anlaşılmazlıqlar olduqda, icra məmuru həmin halların aradan qaldırılması məqsədilə həmin sənədləri aldığı vaxtdan üç gün ərzində qanunvericiliyə uyğun olaraq hökmü (qərarı) çıxarmış məhkəməyə təqdimat verir.

3.4. İcra məmuru bu Qaydaların 3.1-ci bəndində göstərilən sənədləri aldığı vaxtdan üç gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsə gəlib qeydiyyatdan keçməsinə dair yazılı bildiriş göndərir (Əlavə 2).

3.5. Məhkum müvafiq bildirişi aldıqdan sonra üç gün müddətində probasiya qurumuna gəlməlidir. Üzrlü səbəblərə görə həmin müddətdə gələ bilməyən məhkum gələ bilməməsi barədə icra məmuruna məlumat verməlidir.

3.6. Məhkum qeyd olunan müddətdə gəlmədikdə və ya onun göstərdiyi səbəblər üzrsüz olduqda icra məmuru məhkumun məcburi gətirilməsi barədə qərar qəbul edir və bu qərar probasiya qurumunun rəhbəri tərəfindən təsdiq edilir. Həmin qərar icra edilməsi üçün ərazi polis orqanına göndərilir (Əlavə 3).

3.7. İcra məmuru probasiya qurumuna gəlmiş (gətirilmiş) məhkumu “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərin qeydiyyatı kitabı”nda qeydiyyata alır (Əlavə 4).

3.8. “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərin qeydiyyatı kitabı” nömrələnərək tikilir və probasiya qurumunun möhürü ilə təsdiq edilir.

3.9. İcra məmuru azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası üçün əsas olan məhkəmənin hökmünü (qərarını) və onun icrası barədə hakimin göstərişini, müvafiq qurumlara və şəxslərə göndərilən məktubları, habelə cəzanın icrası ilə əlaqədar olan digər sənədləri məhkum üçün açılmış şəxsi işdə saxlayır (Əlavə 5).

3.10. Şəxsi işdə saxlanılan sənədlər ardıcıllıqla nömrələnərək tikilməli, sənədlərin adı və hansı nömrədə olması göstərilməklə siyahıya alınmalıdır.

3.11. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs məhkəmənin icazəsi ilə yaşayış yerini dəyişdikdə icra məmuru onun şəxsi işini yeni yaşayış yeri üzrə probasiya qurumuna göndərir və şəxsi işin alınması barədə qurumdan daxil olmuş yazılı bildirişə əsasən məhkumu qeydiyyatdan çıxarır.

 

4. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslə ilkin fərdi söhbətin aparılması

 

4.1. İcra məmuru məhkumun şəxsiyyətini müəyyən edib qeydiyyata aldıqdan sonra onunla ilkin fərdi söhbət aparır.

4.2. İlkin fərdi söhbətin məqsədi məhkumun fərdi xüsusiyyətlərini, xarakterini, davranışını, maddi və sağlamlıq vəziyyətini, həmçinin məhkəmə hökmünün (qərarının) icra edilməsi üçün əhəmiyyət kəsb edən digər məlumatları öyrənmək və bununla məhkəmə tərəfindən məhkumun üzərinə qoyulmuş vəzifələrin onun tərəfindən yerinə yetirilməsini düzgün təşkil etmək, habelə məhkumun islah edilməsinə və sosial adaptasiyasına kömək etməkdir.

4.3. İlkin fərdi söhbət zamanı icra məmuru məhkuma məhkəmə hökmünün (qərarının) tələblərini, cəzanın icrası qaydalarını, həmin qaydaların pozulmasının hüquqi nəticələrini, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarını, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyini, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağını izah edir, məhkumla birlikdə yaşayış yerinə gedərək elektron nəzarət vasitəsini məhkumun üzərinə bağlayır və bu barədə protokol tərtib edir. Həmin protokol icra məmuru və məhkum tərəfindən imzalanır. Məhkum protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokolda müvafiq qeyd aparılır (Əlavə 6).

 

5. Azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməsi şərtləri və qaydası

 

5.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti cəzanın icrası müddətinə hesablanmır.

5.2. İcra məmuru azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin aşağıdakı vəzifələri yerinə yetirməsinə nəzarət etməlidir:

5.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

5.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;

5.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

5.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.

5.3. Məhkəmə tərəfindən aşağıdakı əlavə vəzifələr müəyyən olunduqda, bu vəzifələrin də yerinə yetirilməsinə nəzarət həyata keçirilməlidir:

5.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;

5.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək;

5.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək;

5.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr.

5.4. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxsin üzərinə elektron nəzarət vasitələrinin quraşdırılması, dəyişdirilməsi, çıxarılması və elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları” ilə tənzimlənir.

5.5. Məhkum edilmiş şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməsi məsələləri ilə bağlı icra məmurunun tələbi ilə yazılı izahat verməlidir.

5.6. Məhkumun cəzanın icrası qaydalarına və şərtlərinə riayət etməsinə nəzarət etmək məqsədi ilə icra məmuru (gecə vaxtı istisna olmaqla) onun yaşayış yerinə daxil olmaq və müəyyən edilmiş vəzifələrə əməl edilməsini yerində yoxlamaq hüququna malikdir. Bu halda müvafiq protokol tərtib edilməli, yoxlamanın gedişi və nəticələri həmin protokolda öz əksini tapmalıdır (Əlavə 7).

5.7. Məhkum edilmiş şəxsin müəyyən vaxtlarda yaşayış yerini və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını (yalnız Azərbaycan Respublikasının ərazisi hüdudlarında) müvəqqəti tərk etməsinə icazə icra məmuru tərəfindən yalnız aşağıdakı müstəsna hallarda verilir:

5.7.1. yaxın qohumların ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi (yeddi gün müddətinə qədər);

5.7.2. təbii fəlakət və digər fövqəladə hadisə ilə bağlı şəxsin yaşayış yerində müəyyən müddət qalmasının mümkün olmaması;

5.7.3. yaxın qohumların nikaha daxil olması (iki gün müddətinə qədər);

5.7.4. şəxsə tibbi yardım göstərilməsi zərurətinin yaranması (yaşayış yerində və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilindəki tibb müəssisəsində tələb olunan tibbi yardımın göstərilməsi mümkün olmadıqda);

5.7.5. istirahət və bayram günlərində, həvəsləndirmə tədbiri qismində.

5.8. Tibbi göstəricilərə görə məhkum yaşayış məntəqəsinin ərazisindən kənar tibb müəssisəsinə yeddi gündən çox stasionar müalicəyə yerləşdirildikdə, (yaşayış məntəqəsinin ərazisində yerləşən tibb müəssisələrində bu mümkün olmadıqda) onun üçün müəyyən edilmiş məhdudiyyətlər qüvvəsində qalmaqla cəzanın icrası yeri müvafiq tibb müəssisəsi hesab edilir.

5.9. Məhkumun yaşayış yerini və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməsi ilə bağlı müraciətinə təxirəsalınmadan baxılır və bu Qaydaların 5.7-ci bəndinə uyğun olaraq əsaslandırılmış qərar qəbul edilir. Həmin qərarın, habelə bu Qaydaların 5.14-cü bəndində nəzərdə tutulmuş icazənin verilməsi barədə məhkəmə qərarının surəti dərhal Probasiya xidmətinə göndərilir.

5.10. İcra məmuru müraciətə baxarkən müvafiq icazənin verilməsinə əsas yaradan halların mövcudluğunu yoxlamalı və bunun üçün aidiyyəti qurumlar və şəxslərlə əlaqə yaradaraq araşdırma aparmalıdır.

5.11. Məhkumun yaşayış yerini və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməsinə verilmiş icazə rəsmiləşdirilməli və məhkumun şəxsi işinə əlavə edilməlidir (Əlavə 8).

5.12. Məhkuma yaşayış yerini və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etmək üçün icazə verilmiş vaxt cəzanın icrası müddətinə hesablanır.

5.13. İcra məmuru azadlığın məhdudlaşdırılması növündə cəza çəkən məhkumun yaşayış yerini (yalnız Azərbaycan Respublikasının ərazisi hüdudlarında) dəyişdirməsinə dair ərizəsinə əsasən bu barədə məhkumun yaşayış yeri üzrə məhkəməyə təqdimat verir (Əlavə 9).

5.14. Təqdimat məhkəmə tərəfindən müvafiq icazənin verilməsi üçün aşağıdakı hallarda verilir:

5.14.1. məhkumun ailə vəziyyəti dəyişdikdə;

5.14.2. məhkum digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etdikdə;

5.14.3. şəxsin xəstəliyi ilə bağlı ona yaşayış məntəqəsinin ərazisindən kənar tibb müəssisəsində uzunmüddətli tibbi yardım göstərilməsi zərurəti yarandıqda (yaşayış yerində və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilindəki tibb müəssisəsində tələb olunan tibbi yardımın göstərilməsi mümkün olmadıqda).

5.15. İcra məmuru azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxslə tərbiyə işini onunla əməyə və təhsilə vicdanlı münasibət göstərilməsinə, cəmiyyətdə qəbul edilmiş davranış qaydalarına riayət edilməsinə yönəlmiş fərdi söhbətlər aparmaqla həyata keçirir. Bu zaman məhkumun fərdi xüsusiyyətləri, xarakteri və törədilən cinayətin səbəbləri nəzərə alınır.

5.16. Fərdi söhbətin aparılması barədə protokol tərtib olunur və həmin protokol icra məmuru və məhkum tərəfindən imzalanır. Məhkum protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokolda müvafiq qeyd aparılır.

5.17. İcra məmuru azadlığın məhdudlaşdırılması cəzasının icrası prosesində məhkum edilmiş şəxsin davranışına diqqət yetirməli, məhkəmənin müəyyən etdiyi vəzifələrin məhkumun islah olunmasına təsirini qiymətləndirməli və məhkumun üzərinə əlavə vəzifələrin qoyulması naətinə gəldikdə bu barədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada məhkəməyə təqdimat verməlidir.

 

6. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi qaydası

 

6.1. Azadlığın məhdudlaşdırılması cəzasının icrası qaydalarını nümunəvi yerinə yetirən məhkum barəsində həvəsləndirmə tədbirləri tətbiq edilir.

6.2. Həvəsləndirmə tədbirləri tətbiq edilərkən məhkumun cəza müddətindəki davranışı, tərbiyəvi xarakterli tədbirlərdə fəal iştirakı və onu müsbət xarakterizə edən digər əhəmiyyətli hallar nəzərə alınır.

6.3. Həvəsləndirmə tədbiri qismində məhkuma icra məmuru tərəfindən probasiya qurumunun rəhbəri ilə razılaşdırmaqla təşəkkür elan edilə, əvvəllər verilmiş tənbeh götürülə, istirahət və bayram günlərini müəyyən edilmiş ərazi hüdudlarından kənarda keçirməyə icazə verilə bilər.

6.4. Həvəsləndirmə tədbirinin tətbiqi barədə yazılı qərar verilir və həmin qərar məhkuma elan olunur (Əlavə 10).

6.5. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxsə tətbiq edilmiş həvəsləndirmə və tənbeh tədbirləri, habelə tərbiyə xarakterli tədbirlərdə fəal iştirakı məhkumun islah edilməsi müəyyənləşdirilərkən nəzərə alınır.

 

7. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası qaydalarının pozulmasının nəticələri

 

7.1. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs cəzanın çəkilməsi qaydalarını pozduqda və ya onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdıqda, icra məmuru ona töhmət növündə tənbeh verir.

7.2. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin aşağıdakı əməlləri törətməsi, onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırma hesab edilir:

7.2.1. icra məmurunun cəzanın çəkilməsi üçün gəlib qeydiyyatdan keçməsinə dair yazılı bildirişini aldıqdan sonra üç gün müddətində üzrlü səbəblər olmadan cəzanın icrasına nəzarət edən orqana gəlməməsi;

7.2.2. üzrlü səbəb olmadan məhkəmə tərəfindən müəyyən edilmiş vəzifələri yerinə yetirməməsi;

7.2.3. cəzanın çəkilməsi məsələləri ilə bağlı yazılı izahat vermək üçün icra məmurunun çağırışı ilə gəlməməsi;

7.2.4. barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi.

7.3. Tənbeh tədbiri yazılı şəkildə əsaslandırılmış qərarla verilir. Həmin qərar imza etdirməklə məhkuma elan olunur. Məhkum imzalamaqdan imtina etdikdə bu barədə qərarda müvafiq qeyd aparılır (Əlavə 11). Qərarın surəti dərhal Probasiya xidmətinə göndərilir.

7.4. Pozuntunun müəyyən edildiyi gündən bir ay keçdikdən sonra məhkum barəsində tənbeh tədbiri tətbiq edilə bilməz.

7.5. Tənbeh tətbiq edilməzdən əvvəl məhkumdan yazılı izahat alınır.

7.6. Məhkum izahat verməkdən imtina etdikdə icra məmuru bu barədə protokol tərtib edir.

7.7. Məhkum izahatında üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməməsinin üzrlü səbəblərini göstərdikdə, icra məmuru həmin halların doğruluğunu müəyyən etmək üçün tədbirlər görməlidir.

7.8. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi və ya qərəzli olaraq boyun qaçırdıqda icra məmuru cəzanın çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi üçün Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə müvafiq qaydada məhkəməyə təqdimat verir.

7.9. Üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına görə töhmət almış məhkumun il ərzində daha iki dəfə bu Qaydaların 7.2-ci bəndində nəzərdə tutulmuş əməlləri törətməsi vəzifələri mütəmadi yerinə yetirməmə hesab edilir.

7.10. Aşağıdakı əməllər azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından qərəzli boyun qaçırma hesab edilir:

7.10.1. məhkumun müəyyən edilmiş ərazi hüdudlarını icazəsiz tərk etməsi;

7.10.2. məhkumun elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etməsi, onu zədələməsi və ya digər üsulla yararsız vəziyyətə salması, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməməsi;

7.10.3. məhkumun yaşayış yerini bu Qaydaların 5.7-ci və ya 5.14-cü bəndlərində nəzərdə tutulmuş icazə olmadan on gündən artıq müddətdə tərk etməsi.

 

8. Olduğu yer müəyyən edilməyən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin barəsində aparılan ilkin axtarış tədbirləri

 

8.1. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin olduğu yer müəyyən edilmədikdə icra məmuru tərəfindən on günədək müddətə aşağıdakı ilkin axtarış tədbirləri həyata keçirilir:

8.1.1. şəxsin qohumları, tanışları və digər yaxın şəxslərlə onun yerinin müəyyən edilməsi üçün söhbətlər aparır və ya bu barədə sorğu edir;

8.1.2. şəxsin qeydiyyatda olduğu ərazinin yerli icra hakimiyyəti orqanı nümayəndəsinə, polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumuna sorğu edir;

8.1.3. şəxsin həbs yerlərində, o cümlədən inzibati həbs yerlərində saxlanılıb-saxlanılmaması barədə sorğu edir;

8.1.4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli qurumlarına sorğu edir.

8.1.5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə şəxsin həqiqi hərbi xidmətə və ya toplanış keçməyə göndərilib-göndərilməməsi barədə sorğu edir;

8.1.6. şəxsin yaşayış yeri üzrə xəstəxana və digər müalicə müəssisələrinə sorğu edir;

8.1.7. şəxsin olduğu yerin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edə biləcək digər tədbirləri görür.

8.2. Məhkumun olduğu yer on gündən artıq müddətdə müəyyən edilmədikdə, icra məmuru onun barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edir, həmçinin məhkumun tutulması barədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada aidiyyəti prokurorluğa vəsatət verir (Əlavə 12). Həmin vəsatət və prokurorun təqdimatı əsasında məhkumun tutulması barədə məhkəmənin qəbul etdiyi qərarı, axtarış elan edilməsi haqqında qərarla və məhkumun şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə axtarış işinin açılması və məhkumun tutulması üçün aidiyyəti polis orqanına göndərilir.

 

9. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslərin qeydiyyatdan çıxarılması

 

9.1. İcra məmuru aşağıdakı əsaslar olduqda azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxsi qeydiyyatdan çıxarır:

9.1.1. təyin edilmiş cəzanın müddəti başa çatdıqda;

9.1.2. məhkum barəsində amnistiya aktı tətbiq edildikdə;

9.1.3. məhkum əfv edildikdə;

9.1.4. məhkəmənin hökmü (qərarı) ləğv edildikdə;

9.1.5. məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə;

9.1.6. məhkum xəstəliyə görə cəzadan azad edildikdə;

9.1.7. məhkum yaşayış yerini dəyişdikdə;

9.1.8. azadlığın məhdudlaşdırılması digər cəza növü ilə əvəz edildikdə;

9.1.9. məhkum yeni cinayət törətdiyinə görə müəyyən müddətə azadlıqdan məhrum edildikdə;

9.1.10. məhkum bəraət aldıqda;

9.1.11. məhkum öldükdə və ya məhkəmə tərəfindən ölmüş elan edildikdə.

9.2. Aşağıdakı sənədlər azadlığın məhdudlaşdırılması növündə cəzanı çəkən şəxsi qeydiyyatdan çıxarmağa əsas verir:

9.2.1. amnistiya aktının tətbiq edilməsi barədə qərar;

9.2.2. əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı;

9.2.3. məhkəmə hökmünün (qərarının) ləğv edilməsi barədə məhkəmənin yeni qərarının surəti.

9.2.4. məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə məhkəmə qərarının surəti;

9.2.5. məhkumun xəstəliyə görə cəzadan azad edilməsi barədə məhkəmə qərarının surəti;

9.2.6. məhkum yaşayış yerini dəyişdikdə şəxsi işin alınması barədə yeni yaşayış yeri üzrə probasiya qurumundan daxil olmuş yazılı bildiriş;

9.2.7. azadlığın məhdudlaşdırılmasının digər cəza növü ilə əvəz olunması barədə məhkəmə qərarının surəti;

9.2.8. məhkum yeni cinayət törətdiyinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edildikdə, məhkəmə hökmünün və göstərişin surəti;

9.2.9. məhkəmənin bəraət hökmünün surəti;

9.2.10. şəxs öldükdə və ya məhkəmə tərəfindən ölmüş elan edildikdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın ölüm haqqında şəhadətnaməsi.

9.3. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxs qeydiyyatdan çıxarıldıqda “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərin qeydiyyatı kitabı”nda müvafiq qeyd aparılır, bu barədə aidiyyəti məhkəməyə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə məlumat verilir (Əlavə 13).

 

 


 

 

Əlavə 1

 

 

 

 

M Ə L U M A T

 

 

“_____” _______________20 ____il

_________________________________________

 

(probasiya qurumunun adı)

 

 

Kimə_____________________________________________________________________________

(məhkəmənin adı, hakimin soyadı, adı, atasının adı)

 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin _______________________ maddəsi ilə təqsirli bilinib _________________ tarixdə ______________ müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş ___________________________________________________________ barədə

                                                                                  (soyadı, adı, atasının adı)

 

hökmün (qərarın) surəti və onun icrası barədə göstəriş tərəfimdən qəbul edildi.

 

 

İmza_____________________________________________________________________________

(icra məmurunun soyadı, adı, atasının adı)

 

 


 

 

Əlavə 2

 

 

 

 

Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin gəlib qeydiyyatdan keçməsi barədə

 

B İ L D İ R İ Ş

 

 

“_____” _______________20 ____il

_________________________________________

 

(probasiya qurumunun adı)

 

Kimə_____________________________________________________________________________

(məhkumun soyadı, adı, atasının adı)

 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ___________________ maddəsi ilə təqsirli bilinərək_________________________  _________________ tarixli hökmü (qərarı) ilə _______________

         (məhkəmənin adı)

müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmusunuz. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə əsasən Siz qeydiyyatdan keçmək üçün üç gün müddətində_____________________________________ gəlməlisiniz.

                          (probasiya qurumunun adı və ünvanı)

 

Üzrsüz səbəbdən həmin müddətdə gəlmədiyiniz təqdirdə barənizdə məcburi gətirilmə tətbiq ediləcək və Sizə tənbeh tədbiri tətbiq olunacaqdır.

 

 

İmza______________________________________________________________________________

(icra məmurunun soyadı, adı, atasının adı)

 

 


 

 

Əlavə 3

 

 

 

 

Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin məcburi gətirilməsi barədə

 

Q Ə R A R

 

 

“_____” _______________20 ____il

_________________________________________

 

(şəhər, rayon)

 

___________________________________ icra məmuru _________________________________________

             (probasiya qurumunun adı)                                                   (xüsusi rütbəsi, soyadı, adı, atasının adı)

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ________ maddəsi ilə təqsirli bilinərək _____________ məhkəməsinin ______ tarixli hökmü (qərarı) ilə ___________ müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş ______________________________ şəxsi işini nəzərdən keçirərək,

                                                                     (məhkumun soyadı, adı, atasının adı)

 

Müəyyən etdim :

 

Məhkum _______________ ona yazılı bildiriş göndərilməsinə baxmayaraq, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin tələbinə əməl etməyərək qeydiyyatdan keçmək üçün üç gün müddətində probasiya qurumuna gəlməmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-1.2-ci maddəsini rəhbər tutaraq,

 

Q ə r a r a   a l d ı m:

 

1. ___________________________________________qeydiyyata alınması üçün məcburi qaydada

                     (ünvan, məhkumun soyadı, adı, atasının adı)

 

______________________________ gətirilsin.

       (probasiya qurumunun adı)

 

2. Qərar icra edilməsi üçün _________________________________________________ göndərilsin.

                                  (şəhər, rayon polis orqanının adı)

 

İmza_____________________________________________________________________________

(icra məmurunun xüsusi rütbəsi, soyadı, adı, atasının adı)

 

 


 

 

Əlavə 4

 

 

 

 

Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərin qeydiyyatı

 

K İ T A B I

 

_________________________________________

(probasiya qurumunun adı)

 

 

 

 

Başlandı: “___” _______________ 20____il

Qurtardı: “___” _______________ 20____il

 

 

 

 

Sıra

№-si

Məhkumun soyadı, adı, atasının adı

Hökmün (qərarın) surətinin və göstərişin daxil olduğu tarix

Hansı məhkəmə tərəfindən, hansı tarixli hökm (qərar) ilə məhkum olunmuşdur

Cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddəsi üzrə və hansı müddətə təyin olunmuşdur

Məhkumun qeydiyyata alındığı tarix

Cəzanın icrasının başa çatma tarixi

Qeydiyyatdan çıxarılmanın səbəbi, əsası və tarixi

Qeyd

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

Əlavə 5

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ

PROBASİYA XİDMƏTİ

 

Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin

 

Ş Ə X S İ   İ Ş İ

 

№ _____

 

__________________________________________

   Azərbaycan Respublikası Cinayət Məcəlləsinin

(məhkumun soyadı, adı, atasının adı)

 

_____________ maddəsi ilə təqsirli bilinərək___________________________  _____

 

(məhkəmənin adı)

tarixli

 

 

 

hökmü (qərarı) ilə _______ müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur.

 

Başlandı: “___” ______________ 20___il

Qurtardı:    “___” _______________ 20____il

 

İşdə olan sənədlərin siyahısı

Sıra

№-si

Sənədin adı

Vərəqlərin sayı

Siyahıda yerləşdiyi nömrə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

Əlavə 6

 

 

 

 

Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə

 

P R O T O K O L

 

 

“_____” _______________20 ____il

_________________________________________

 

(şəhər, rayon)

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

(məhkum barəsində tətbiq olunan hər bir elektron nəzarət vasitəsinin markası, modeli və həmin vasitə ilə bağlı digər məlumatlar)

 

 

Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edildi və ona yaddaş kitabçası verildi.

 

 

İmza____________________________________________________________________________________

(icra məmurunun xüsusi rütbəsi, soyadı, adı, atasının adı)

 

İmza____________________________________________________________________________________

(məhkumun soyadı, adı, atasının adı)

 

Qeyd. Məhkum protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır.

 

 


 

 

Əlavə 7

 

 

 

 

Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə

 

P R O T O K O L

 

 

“_____” _______________20 ____il

_________________________________________

 

(şəhər, rayon)

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

(yoxlamanın aparıldığı yaşayış yerinin ünvanı, yoxlamanın gedişi prosesində aşkar olunanlar, cəzanın icrası qaydaları və şərtləri pozulmuşdursa, bu pozuntuların qısa məzmunu)

 

 

Başlandı: ________________

                            (saat)

 

Qurtardı: _______________

                            (saat)

 

 

İmza____________________________________________________________________________________

(icra məmurunun xüsusi rütbəsi, soyadı, adı, atasının adı)

 

İmza____________________________________________________________________________________

(məhkumun soyadı, adı, atasının adı)

 

Qeyd. Məhkum protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır.

 

 


 

 

Əlavə 8

 

 

 

 

Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin yaşayış yerini və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməsinə icazə verilməsi barədə

 

Q Ə R A R

 

 

“_____” _______________20 ____il

_________________________________________

 

(şəhər, rayon)

__________________________________ icra məmuru __________________________________________

           (probasiya qurumunun adı)                                                   (xüsusi rütbəsi, soyadı, adı, atasının adı)

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ______ maddəsi ilə təqsirli bilinərək _______________ məhkəməsinin ______ tarixli hökmü (qərarı) ilə __________ müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş _____________________________ müraciətini nəzərdən keçirərək,

                                                                     (məhkumun soyadı, adı, atasının adı)

 

Müəyyən etdim :

 

_______________________________________________________ tərəfindən icra və probasiya şöbəsinə

          (məhkum soyadı, adı, atasının adı)

müraciət edərək, yaşayış yerini/məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etmək barədə icazə verilməsini xahiş etmişdir.

Müraciətdə göstərilən hallar və məhkumun təqdim etdiyi sənədlər nəzərdən keçirilərkən, qaldırılan məsələnin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin____________ maddəsinə uyğun gəldiyi müəyyən edilmişdir.

Göstərilənlərə əsasən Cəzaların İcrası Məcəlləsinin 51-3.3-cü maddəsini rəhbər tutaraq,

 

Q ə r a r a  a l d ı m:

 

1. _________________________________    _________ müddətinə yaşayış yerini/məhkəmənin

                   (məhkumun soyadı, adı, atasının adı)

müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməsinə icazə verilsin.

 

2. Qərar məhkuma elan edilsin.

 

İmza_____________________________________________________________________________

(icra məmurunun xüsusi rütbəsi, soyadı, adı, atasının adı)

“Razıyam”

 

İmza_____________________________________________________________________________

                                       (probasiya qurumunun rəisinin xüsusi rütbəsi, soyadı, adı, atasının adı)

 

Qərar mənə elan olundu____________________________________________________________

                                       (məhkumun imzası və tarix)

 

 


 

 

Əlavə 9

 

 

 

 

Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin yaşayış yerinin dəyişdirilməsi barədə

 

T Ə Q D İ M A T

 

 

“_____” _______________20 ____il

_________________________________________

 

(probasiya qurumunun adı)

 

Kimə_____________________________________________________________________________

(məhkəmənin adı)

 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin _____________ maddəsi ilə təqsirli bilinərək __________________________________  ______________tarixli hökmü (qərarı) ilə ______________

                (məhkəmənin adı)

müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş __________________________________ yaşayış yerinin

  (məhkumun soyadı, adı, atasının adı)

 

____________ünvanından ____________ünvanına dəyişdirilməsi barədə ərizə ilə müraciət etmişdir.

 

Ərizədə göstərilmişdir ki, ___________________________________________________________

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

(yaşayış yerinin dəyişdirilməsi üçün əsas olan hallar göstərilir)

 

 

Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin _______maddəsinə uyğun olaraq müraciətdə göstərilən məsələyə baxılması xahiş olunur.

 

 

Qoşma: ___vərəq, ___nüsxə

 

İmza______________________________________________________________________________

(İcra məmurunun xüsusi rütbəsi, soyadı, adı, atasının adı)

 

 


 

 

Əlavə 10

 

 

 

 

Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə həvəsləndirmə tədbirinin tətbiq edilməsi barədə

 

Q Ə R A R

 

 

“_____” _______________20 ____il

_________________________________________

 

(probasiya qurumunun adı)

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin _____________ maddəsi ilə təqsirli bilinərək ______________________ ___ tarixli hökmü (qərarı) ilə _____ müddətə azadlığın məhdudlaşdırılması

       (məhkəmənin adı)

növündə cəzaya məhkum olunmuş ________________________________________ tərəfindən cəzanın

                                                                             (məhkumun soyadı, adı, atasının adı)

icrası qaydaları nümunəvi şəkildə yerinə yetirilmişdir.

 

Belə ki, ___________________________________________________________________________

________________________________________________________________________________________

________________________________________________________________________________________

(məhkumun cəza müddətindəki davranışı, onu müsbət xarakterizə edən digər əhəmiyyətli hallar)

 

Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-6-cı maddəsini rəhbər tutaraq,

 

Q ə r a r a   a l d ı m:

 

________________________________________________________________________________________

________________________________________________________________________________________

(hansı həvəsləndirmə tədbirinin tətbiq edildiyi göstərilir)

İmza_____________________________________________________________________________

(icra məmurunun xüsusi rütbəsi, soyadı, adı, atasının adı)

 

          “Razıyam”

 

İmza_____________________________________________________________________________

                           (probasiya qurumunun rəisinin xüsusi rütbəsi, soyadı, adı, atasının adı)

 

Qərar mənə elan olundu____________________________________________________________

                                                                                                  (məhkumun imzası və tarix)             

 

 


 

 

Əlavə 11

 

 

 

 

Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tənbeh tədbirinin tətbiq edilməsi barədə

 

Q Ə R A R

 

“_____” _______________20 ____il

_________________________________________

 

(probasiya qurumunun adı)

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ______ maddəsi ilə təqsirli bilinərək ___________________  ____tarixli hökmü (qərarı) ilə _______ müddətə azadlığın məhdudlaşdırılması

    (məhkəmənin adı)

növündə cəzaya məhkum olunmuş ___________________________________tərəfindən____________

                                                                          (məhkumun soyadı, adı, atasının adı)

________________________________________________________________________________________

________________________________________________________________________________________

(məhkumun cəzanın çəkilməsi qaydalarını pozan və ya onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırma hesab olunan əməlləri göstərilir)

 

Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-7-ci maddəsini rəhbər tutaraq,

 

Q ə r a r a   a l d ı m:

 

__________________________________________________________________ töhmət verilsin.

(məhkumun soyadı, adı, atasının adı)

 

 

İmza____________________________________________________________________________

(icra məmurunun soyadı, adı, atasının adı)

 

Qərar mənə elan olundu___________________________________________________________

(məhkumun imzası və tarix)

 

Qərardan şikayət vermək hüququ mənə izah olundu__________________________________

                                                                                                                                   (məhkumun imzası və tarix)

 

Qeyd. Məhkum imzalamaqdan imtina etdikdə, bu barədə qərarda müvafiq qeyd aparılır.

 

 


 

 

Əlavə 12

 

 

 

_____________________________________________

 

(rayon (şəhər) prokurorunun adı, soyadı, xüsusi rütbəsi)

 

Məhkumun tutulması barədə məhkəməyə təqdimat verilməsi haqqında

 

V Ə S A T Ə T

 

 

_________________________________________________________________________________________

(məhkumun soyadı, adı, atasının adı)

________________________________________________ “___” _________________ 20_______ il tarixli

                       (məhkəmənin adı)

hökmü (qərarı) ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin _______ maddəsi ilə təqsirli bilinərək _____________ müddətinə ________ növündə cəzaya məhkum olunmuşdur. Məhkum __________________________________________

  (məhkumun adı, atasının adı, soyadı)

cəzanın çəkilməsindən yayındığına görə onun olduğu yeri müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.4.2-ci maddəsinə uyğun olaraq on gün müddətində həyata keçirilmiş ilkin tədbirlər nəticə verməmişdir. Belə ki, ______________________________________________________________________________________

______________________________________________________________________________________

                             (həyata keçirilmiş ilkin tədbirlər və onların nəticələri göstərilir)

Ona görə də Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.4.3-cü maddəsinə əsasən, məhkum __________________________________________________________________ barədə

                                                          (məhkumun soyadı, adı, atasının adı)                          

_________________________ icra məmuru tərəfindən axtarış elan edilməsi haqqında ______________

  (probasiya qurumunun adı)

tarixli qərar qəbul edilmişdir.

Məhkum __________________________________________________ barədə qanunvericilikdə nəzərdə

                                             (məhkumun soyadı, adı, atasının adı)

tutulmuş tədbirlərin görülməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən onun tutulması üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxmağınızı xahiş edirəm.    

 

Qoşma: (məhkumun cəzanın çəkilməsindən yayınmasını təsdiq edən sənədlərin surəti).

              

İmza ______________________________________________________________________________

(icra məmurunun (probasiya üzrə) xüsusi rütbəsi, adı, soyadı)

 

“Razıyam”

İmza ______________________________________________________________________________

(probasiya qurumunun rəisinin xüsusi rütbəsi, adı, soyadı)

 

“______”_____________20___ il.

M.Y.

 

 


 

 

Əlavə 13

 

 

 

 

Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin qeydiyyatdan çıxarılması barədə

 

M Ə L U M A T

 

 

“_____” _______________20 ____il

_________________________________________

 

(probasiya qurumunun adı)

 

Kimə_____________________________________________________________________________

(orqanın adı)

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ____________ maddəsi ilə təqsirli bilinib _________ tarixdə _________ müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş ______________________________________________

                             (soyadı, adı, atasının adı)

________________________________________________________________________________________

________________________________________________________________________________________

_____________________________________________________________ qeydiyyatdan çıxarılmışdır.

                     (qeydiyyatdan çıxarılmanın səbəbi və əsası)

 

 

İmza_____________________________________________________________________________

(icra məmurunun xüsusi rütbəsi, soyadı, adı, atasının adı)