Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında

 

Azərbaycan Respublİkasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi təsdiq edilsin.

Maddə 2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin andlı iclasçılarına, habelə zərər çəkmiş şəxsə kompensasiya verilməsinə dair müddəaları məhkəmə hüquq islahatı başa çatdıqdan və müvafiq qanun qəbul edildikdən sonra qüvvəyə minir.

Maddə 3. Bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş müddəalar istisna olunmaqla, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları 2000-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Maddə 4. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqındať 1960-cı il dekabrın 8-də Azərbaycan SSR Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1960, š 279, maddə 144) bu Qanunun 7-ci maddəsində göstərilən keçid müddəaları nəzərə alınmaqla 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş hesab edilsin.

Maddə 5. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1960-cı il dekabrın 8-dən etibarən qəbul olunmuş fərmanlarının təsdiq edilməsi barədə Azərbaycan Sovet Sosialist Respublikasının qanunları (onların müvafiq hissələri), habelə bu maddədə sadalanan Azərbaycan Respublikasının qanunları (onların hissələri) və digər normativ hüquqi aktları bu Qanunun 7-ci maddəsində göstərilən keçid müddəaları nəzərə alınmaqla 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş hesab edilsin:

5.1. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1961-ci il 4 may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1961, š 13, maddə 52);

5.2. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1961-ci il 24 iyul tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1961, š 21, maddə 78);

5.3. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin 38-ci maddəsinə dəyişikliklər edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1961-ci il 14 dekabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı , 1961, š 35, maddə 138);

5.4. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1962-ci il 7 avqust tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1962, š 22, maddə 116);

5.5. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1963-cü il 20 may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1963, š 15, maddə 109);

5.6. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin 320-ci maddəsinə əlavə edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1964-cü il 8 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1964, š 11, maddə 59);

5.7. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1964-cü il 11 noyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1964, š 32, maddə 152);

5.8. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin 127-ci maddəsinə əlavə daxil edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1965-ci il 20 yanvar tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1965, š 3, maddə 34);

5.9. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr daxil edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1966-cı il 26 yanvar tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1966, š 2, maddə 12);

5.10. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişikliklər və əlavələr daxil edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1966-cı il 31 yanvar tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1966, š 3, maddə 18);

5.11. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr daxil edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1966-cı il 24 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1966, š 18, maddə 167);

5.12. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1966-cı il 11 noyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1966, š 21, maddə 202);

5.13. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1966-cı il 23 dekabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1966, š 24, maddə 229);

5.14. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin 402-ci maddəsinə dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1968-ci il 22 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1968, š 6, maddə 45);

5.15. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1969-cu il 12 iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1969, š 11, maddə 95);

5.16. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr keçirilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1970-ci il 27 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1970, š 6, maddə 37);

5.17. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1971-ci il 19 may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1971, š 10, maddə 70);

5.18. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin 57-ci maddəsinə dəyişikliklər keçirilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1972-ci il 19 iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1972, š 12, maddə 53);

5.19. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə əlavə və dəyişikliklər edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1973-cü il 13 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1973, š 7, maddə 62);

5.20. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1973-cü il 25 may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1973, š 10, maddə 90);

5.21. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1973-cü il 4 iyul tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1973, š 10, maddə 116);

5.22. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1975-ci il 8 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1975, š 7, maddə 48);

5.23. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişiklik edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1977-ci il 28 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1977, š 5-6, maddə 30);

5.24. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə əlavə və dəyişiklik edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1977-ci il 28 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1977, š 5-6, maddə 31);

5.25. ŤAzərbaycan SSR cinayət, mülki, cinayət-prosessual, mülki-prosessual, islah-əmək, nikah və ailə məcəllələrinə əlavələr və dəyişiklik edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1977-ci il 28 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1977, š 5-6, maddə 33);

5.26. ŤAzərbaycan SSR Cinayət Məcəlləsinə 42-1-ci maddənin əlavə edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1977-ci il 26 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1977, š 8, maddə 49);

5.27. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin 102-ci maddəsinə əlavə və dəyişiklik edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1978-ci il 13 yanvar tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1978, š 1-2, maddə 10);

5.28. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin 127-ci maddəsinə dəyişiklik edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1978-ci il 15 may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1978, š 9, maddə 76);

5.29. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 26 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1979, š 4, maddə 23);

5.30. ŤBakı Şəhər Məhkəməsinin yaradılması ilə əlaqədar olaraq Azərbaycan SSR qanunvericiliyinə dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 18 may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı 1979, š 9-10, maddə 72);

5.31. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1980-ci il 23 may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1980, š 10, maddə 125);

5.32. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1980-ci il 26 iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1980, š 11-12, maddə 137);

5.33. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1980-ci il 15 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1980, š 18, maddə 187);

5.34. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 10 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1981, š 17, maddə 203);

5.35. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə əlavələr və dəyişikliklər edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 18 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1981, š 18, maddə 207);

5.36. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 22 oktyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1981, š 20, maddə 225);

5.37. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1983-cü il 28 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1983, š 17-18, maddə 162);

5.38. ŤAzərbaycan SSR cinayət-prosessual məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1983-cü il 30 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1983, š 17-18, maddə 165);

5.39. ŤAzərbaycan SSR Cinayət Məcəlləsinə və Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 1 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1984, š 3-4, maddə 30);

5.40. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 13 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1984, š 7, maddə 55);

5.41. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 5 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985, š 3, maddə 29);

5.42. ŤAzərbaycan SSR cinayət-prosessual və mülki-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 5 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985, š 3, maddə 30);

5.43. Ťİnzibati Hüquqpozmalar haqqındať Azərbaycan SSR məcəlləsinə, Azərbaycan SSR Cinayət və Cinayət-Prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 13 iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985, š 11, maddə 130);

5.44. ŤAzərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 14 noyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985, š 21, maddə 204);

5.45. ŤAzərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1986-cı il 16 iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1986, š 12, maddə 72);

5.46. ŤAzərbaycan SSR Cinayət Məcəlləsinə və Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqındať zərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 21 iyul tarixli A Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987, š 14, maddə 141);

5.47. ŤAzərbaycan SSR Cinayət Məcəlləsinə, İnzibati Hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə və Azərbaycan SSR-in bəzi başqa qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 12 avqust tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987, š 15-16, maddə 153);

5.48. ŤAzərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 16 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987, š 18, maddə 173);

5.49. ŤAzərbaycan SSR cinayat, cinayət-prosessual və islah-əmək məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 6 noyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987, š 21, maddə 201);

5.50. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 18 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988, š 4, maddə 26);

5.51. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişikliklər edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 28 iyul tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988, š 13-14, maddə 136);

5.52. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 30 avqust tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988, š 16, maddə 153);

5.53. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 12 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1989, š 7-8, maddə 47);

5.54. ŤAzərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanına dəyişikliklər və əlavələr edilməsi barəsində Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 11 avqust tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1989, š 15-16, maddə 118);

5.55. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 7 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990, š 3-4, maddə 19);

5.56. ŤAzərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqındať Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 17 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990, š 8, maddə 55);

5.57. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqındať Azərbaycan Sovet Sosialist Respublikasının 1990-cı il 26 iyun tarixli Qanunu (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990, š 12, maddə 145);

5.58. ŤAzərbaycan SSR-in qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqındať Azərbaycan Sovet Sosialist Respublikasının 1990-cı il 26 iyun tarixli Qanunu (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990, š 12, maddə 147);

5.59. ŤAzərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqındať Azərbaycan Sovet Sosialist Respublikasının 1990-cı il 30 iyul tarixli Qanunu (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990, š 13-14, maddə 173);

5.60. ŤAzərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin bəzi maddələrinin qüvvəyə minməsini təxirə salmaq haqqındať Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 9 fevral tarixli Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1991, š 4, maddə 78);

5.61. ŤAzərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi haqqındať Azərbaycan Respublikasının 1992-ci il 17 yanvar tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992, š 5, maddə 100);

5.62. ŤAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqındať Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992, š 10, maddə 308);

5.63. ŤAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədəť Azərbaycan Respublikasının 1992-ci il 18 avqust tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992, š 16, maddə 688);

5.64. ŤAzərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə, Mülki-Prosessual Məcəlləsinə, və Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqındať Azərbaycan Respublikasının 1993-cü il 26 noyabr tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1993, š 23-24, maddə 673);

5.65. ŤAzərbaycan Respublikasının cinayət və cinayət-prosessual məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqındať Azərbaycan Respublikasının 1994-cü il 21 oktyabr tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995, š 10, maddə 192);

5.66. ŤAzərbaycan Respublikasının cinayət, cinayət-prosessual məcəllələrinə və İnzibati Hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqındať Azərbaycan Respublikasının 1995-ci il 4 aprel tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995, š 7, maddə 135);

5.67. ŤAzərbaycan Respublikasının bəzi məcəllələrinə dəyişikliklər edilməsi haqqındať Azərbaycan Respublikasının 1995-ci il 12 sentyabr tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995, š 22, maddə 357);

5.68. ŤAzərbaycan Respublikasının cinayət və cinayət-prosessual məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqındať Azərbaycan Respublikasının 1996-cı il 24 dekabr tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997, š 4, maddə 284);

5.69. ŤAzərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqındať Azərbaycan Respublikasının 1996-cı il 27 dekabr tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997, š 4, maddə 287);

5.70. ŤDamazlıq işi haqqındať Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqındať Azərbaycan Respublikasının 1997-ci il 7 fevral tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997, š 4, maddə 301);

5.71. ŤBitki karantini haqqındať Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqındať Azərbaycan Respublikasının 1997-ci il 7 fevral tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997, š 4, maddə 303);

5.72. Ťİnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqındať Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqındať Azərbaycan Respublikasının 1997-ci il 7 fevral tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997, š 4, maddə 305);

5.73. ŤAzərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqındať Azərbaycan Respublikasının 1997-ci il 30 sentyabr tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998, š 1, maddə 10);

5.74. ŤAzərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqadar Azərbaycan Respublikasının cinayət, cinayət-prosessual və islah-əmək məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqındať Azərbaycan Respublikasının 1998-ci il 10 fevral tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998, š 2, maddə 85);

5.75. ŤQanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqındať Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998, š 5, maddə 306);

5.76. Ťİqtisadi cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavələr edilməsi haqqındať Azərbaycan Respublikasının 1998-ci il 28 aprel tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998, š 5, maddə 307);

5.77. ŤAzərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual məcəllələrinə və İnzibati Hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədəť Azərbaycan Respublikasının 1998-ci il 24 noyabr tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999, š 2, maddə 54);

5.78. ŤƏhalinin sağlamlığının qorunması haqqındať Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqındať Azərbaycan Respublikasının 1999-cu il 2 aprel tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999, š 5, maddə 286);

5.79. Ťİstehsalat və məişət tullantıları haqqındať Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədəť Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999, š 8, maddə 476).

Maddə 6. Azərbaycan Respublikasının Təsərrüfat-Prosessual Məcəlləsi (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992, š 8, maddə 214) 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş hesab edilsin.

Maddə 7. Bu Qanunla təsdiq olunmuş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin qüvvəyə minməsi və tətbiqi ilə əlaqədar aşağıdakılar nəzərə alınmalıdır:

bu Məcəllə qüvvəyə minənədək başlanmış cinayət işləri üzrə həbs qismində qətimkan tədbirinin seçilməsi haqqında qərarlar 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş müddətlər daxilində qüvvədə saxlanılır;

bu Məcəllə qüvvəyə minənədək başlanmış cinayət işləri üzrə ibtidai istintaqı hərtərəfli, tam, obyektiv və vaxtında qurtarmaq məqsədi ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin istintaq aidiyyətinə dair müddəalarına uyğun olaraq ibtidai istintaq aparan orqan həmin cinayət işi üzrə ibtidai istintaqı yeni Cinayət-Prosessual Məcəlləsinin müddəalarını nəzərə alaraq aparır; KM1

bu Məcəllə qüvvəyə mindikdən sonra məhkəmələrin icraatında olan cinayət işləri üzrə həmin Məcəllə qüvvəyə minənədək aparılmış istintaq və digər prosessual hərəkətlərın qanuniliyi və əsaslılığı 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi müddəalarının tələbləri daxilində müəyyən olunur;

bu Məcəllə qüvvəyə minənədək birinci instansiya məhkəmələri tərəfindən cinayət işləri üzrə başlanmış məhkəmə baxışı həmin Məcəllə qüvvəyə mindikdən sonra iş üzrə yekun qarar çıxarılanadək 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları əsasında davam etdirilir və bu zaman məhkəmə baxışında iştirak edən xalq iclasçılarının səlahiyyət müddəti işə baxılıb qurtardığı gün bitmiş hesab olunur;

bu Məcəllə qüvvəyə minənədək birinci instansiya məhkəmələri tərəfindən 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları əsasında çıxarılmış hökmlərə və digər yekun qərarlarına müvafiq apellyasiya instansiyası məhkəməsində və ya Azərbaycan Respublikasının Ali Məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin 383-407, 409-427, 461-467-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq yenidən baxıla bilər.

Maddə 8. Həbsdə saxlanılma yerlərində şəxslərin saxlanılmasına dair yeni Qanun qəbul edilənədək, 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət-Prosessual Məcəlləsinin 433-443-cü maddələrinə uyğunlaşdırılmış qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş müvəqqəti Əsasnaməyə uyğun həyata keçirilir.

Maddə 9. Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir.

Maddə 10. Bu Qanun 2000-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 

Bakı şəhəri, 14 iyul 2000-ci il

š 907-IQ

 

 

 

 

 



KM1 ŤAzərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqındať Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 2-ci abzasının müddəası yeni CPM qüvvəyə minənədək başlanmış cinayət işləri üzrə, həmin anadək tutulmuş və həbsdə saxlanılmış şəxs barəsində olan həbs qismində qətimkan tədbiri seçilməsi haqqında qərarlara dair, əvvəlki CPM-in 92-ci maddəsində nəzərdə tutulmuş həbsdə saxlama müddətləri həddində tətbiq olunmalıdır.

ŤAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqındať Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3-cü abzasının müddəası yeni CPM qüvvəyə minənədək başlanmış cinayət işləri üzrə ibtidai istintaqı hərtərəfli, tam, obyektiv və vaxtında qurtarmaq məqsədilə istintaqın əvvəlki CPM-də nəzərdə tutulan istintaq aidiyyətinə dair qaydalara uyğun olaraq davam etdirilməsinə və onun yeni CPM-in müddəaları nəzərə alınmaqla aparılmasına dair qanunun istintaqı aparan orqanların qarşısında qoyduğu vəzifə kimi qəbul olunmalıdır. ( ŤAzərbaycanť qəzeti, 09 yanvar š 1 2004-ci il, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı  1/2004)