Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi təsdiq edilsin.

Maddə 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 2000-ci il sentyabrın 1-dən qüvvəyə minsin.

Maddə 3. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinin qüvvəyə minməsi barəsində" Azərbaycan SSR Ali Sovetinin 1984-cü il 18 dekabr tarixli qərarı ilə təsdiq olunmuş inzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1984-cü il, 23, maddə 198) 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş hesab edilsin.

Maddə 4. İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 1984-cü ildən etibarən qəbul olunmuş aşağıda sadalanan Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanlarının təsdiq edilməsi barədə Azərbaycan Sovet Sosialist Respublikasının qanunları (onların müvafiq hissələri), habelə bu maddədə sadalanan Azərbaycan Respublikasının qanunları (onların hissələri) və digər normativ hüquqi aktları 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş hesab edilsin:

4.1. "Yay bağ evlərinin tikilməsi, habelə kollektiv bağçılığın təşkili və idarə edilməsi qaydalarını pozmağa görə məsuliyyət haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 15 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985-ci il, 3, maddə 33);

4.2. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinin qüvvəyə minməsi qaydası barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 14 may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985-ci il, 9, maddə 112);

4.3. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə, Azərbaycan SSR Cinayət və Cinayət-prosessual məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 13 iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985-ci il, 11, maddə 130);

4.4. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 14 noyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985-ci il, 21, maddə 204);

4.5. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1986-cı il 25 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1986-cı il, 6-7, maddə 24);

4.6. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1986-cı il 16 iyun tarixli Fərmanı (Azərbaycan SSPR Ali Sovetinin məlumatı, 1986-cı il, 12, maddə 72);

4.7. "Kolxoz üzvü olmayan vətəndaşların öz şəxsi mülkiyyətində mal-qara saxlaması normalarının hədləri və onların pozulmasına görə inzibati məsuliyyət haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 22 yanvar tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987-ci il, 1-2, maddə 6);

4.8. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi və narkomanlığa tutulmuş xəstələr üçün müalicə-tərbiyə profilaktoriyaları haqqında Əsasnamənin təsdiq olunması barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 20 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987-ci il, 6, maddə 48);

4.9. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 1987-ci il 25 iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987-ci il, 12, maddə 118).

4.10. "Azərbaycan SSR Cinayət Məcəlləsinə, İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə və Azərbaycan SSR bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 12 avqust tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987-ci il, 15-16, maddə 153);

4.11. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti fərmanlarının təsdiq olunması barəsində" Azərbaycan SSR-in 1987-ci il 14 noyabr tarixli Qanunu (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987-ci il, 21, maddə 215);

4.12. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 17 dekabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987-ci il, 24, maddə 250);

4.13. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinin 99-cu maddəsində dəyişikliklər edilməsi barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 12 yanvar tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988-ci il, 1, maddə 1);

4.14. "Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərin təşkilinin və keçirilməsinin müəyyən edilmiş qaydasını pozmağa görə məsuliyyət haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 24 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988-ci il, 5-6, maddə 35);

4.15. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə və Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 20 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988-ci il, 8, maddə 58);

4.16. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinin qüvvəsini itirmiş hesab edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 23 may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988-ci il, 10, maddə 79);

4.17. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinin 68-ci maddəsinə dəyişikliklər edilməsi barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 5 avqust tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988-ci il, 15, maddə 139);

4.18. "Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərin təşkilinin və keçirilməsinin müəyyən edilmiş qaydasını pozmağa görə məsuliyyət haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 23 avqust tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988-ci il, 16, maddə 150);

4.19. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 5 oktyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988-ci il, 18-19, maddə 173);

4.20. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə əlavələr edilməsi barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 28 noyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988-ci il, 22-23, maddə 220);

4.21. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin "Kolxoz üzvü olmayan vətəndaşların öz şəxsi mülkiyyətində mal-qara saxlaması normaları haqqında" 1965-ci il 21 yanvar tarixli Fərmanının və "Kolxoz üzvü olmayan vətəndaşların öz şəxsi mülkiyyətində mal-qara saxlaması normalarının hədləri və onların pozulmasına görə inzibati məsuliyyət haqqında" 1987-ci il 22 yanvar tarixli Fərmanının qüvvəsini itirmiş hesab edilməsi barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 22 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1989-cu il, 4, maddə 27);

4.22. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 5 may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1989-cu il, 9, maddə 69);

4.23. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 10 iyul tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1989-cu il, 13-14, maddə 107);

4.24. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 16 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990-cı il, 8, maddə 53);

4.25. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 17 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990-cı il, 8, maddə 55);

4.26. "Azərbaycan SSR-də yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətin gücləndirilməsi haqqında" Azərbaycan SSR-in 1990-cı il 26 iyun tarixli Qanunu (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990-cı il, 12, maddə 155);

4.27. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1991-ci il, 12-13, maddə 203);

4.28. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 1991-ci il 28 iyun tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1991-ci il, 14, maddə 236);

4.29. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" 1992-ci il 18 avqust tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, 16, maddə 687);

4.30. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1992-ci il 30 sentyabr tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, 18, maddə 828);

4.31. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Qanunun qüvvəyə minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 30 sentyabr tarixli Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, 18, maddə 829);

4.32. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1992-ci il 11 noyabr tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, 21, maddə 922);

4.33. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1993-cü il, 6, maddə 158);

4.34. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1993-cü il 28 iyul tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1993-cü il, 15, maddə 423);

4.35. "Azərbaycan Respublikasının vergi qanunvericiliyində bəzi dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 1994-cü il 14 aprel tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1994-cü il, 9, maddə 97);

4.36. "Azərbaycan Respublikasının cinayət, cinayət-prosessual məcəllələrinə və İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1995-ci il 4 aprel tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, 7, maddə 135);

4.37. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 1995-ci il 16 may tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, 22, maddə 348);

4.38. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" 1995-ci il 12 sentyabr tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, 22, maddə 357);

4.39. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr edilməsi barəsində" Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, 2, maddə 142 );

4.40. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" 1996-cı il 16 iyul tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, 3, maddə 202);

4.41. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1996-cı il 27 dekabr tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, 4, maddə 287);

4.42. "Standartlaşdırma haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 4 fevral tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il 4, maddə 296);

4.43. "Damazlıq işi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1997-ci il 7 fevral tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, 4, maddə 301);

4.44. "Bitki karantini haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1997-ci il 7 fevral tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, 4, maddə 303);

4.45. "Seleksiya nailiyyətləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 25 aprel tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, 5, maddə 388);

4.46. "Enerji resurslarından istifadə haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 6 may tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, 5, maddə 394);

4.47. "Əczaçılıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, 5, maddə 419);

4.48. "Bitki mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, 5, maddə 420);

4.49. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1997-ci il 13 iyun tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, 6, maddə 457);

4.50. "Toxumçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 30 sentyabr tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, 1, maddə 9);

4.51. "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1997-ci il 4 noyabr tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, 2, maddə 60);

4.52. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1998-ci il 6 mart tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, 5, maddə 305);

4.53. "Qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, 5, maddə 306);

4.54. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə, İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə, "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa və "Sosial Sığortaya və məşğulluq fonduna ayırmaların normativləri haqqında" Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1998-ci il 21 aprel tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, 6, maddə 367);

4.55. Azərbaycan Respublikasının İslah-Əmək Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1998-ci il 25 iyun tarixli Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, 8, maddə 488);

4.56. "Azərbaycan Respublikasının cinayət, cinayət-prosessual məcəllələrinə və İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1998-ci il 24 noyabr tarixli, 542-IQD saylı Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, 2, maddə 54);

4.57. Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1998-ci il 11 dekabr tarixli, 584-IQD saylı Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, 2, maddə 55);

4.58. "Geodeziya və kartoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1999-cu il 30 mart tarixli, 636-IQD saylı Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, 4, maddə 218);

4.59. "Rabitə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1999-ci il 30 mart tarixli, 637-IQD saylı Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, 4, maddə 219);

4.60. "Hidrometeorologiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1999-cu il 30 mart tarixli, 639-IQD saylı Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, 4, maddə 221);

4.61. "Pestisidlər və aqrokimyəvi maddələr haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1999-cu il 30 mart tarixli, 642-IQD saylı Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, 4, maddə 224);

4.62. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 1999-cu il 30 mart tarixli, 645-IQD saylı Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, 4, maddə 226);

4.63. "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1999-cu il 2 aprel tarixli, 647-IQD saylı Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, 5, maddə 285);

4.64. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1999-cu il 2 aprel tarixli, 651-IQD saylı Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, 5, maddə 287);

4.65. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1999-cu il 23 aprel tarixli, 661-IQD saylı Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, 5, maddə 292);

4.66. "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli, 692-IQD saylı Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, 8, maddə 476);

4.67. "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2000-ci il 24 mart tarixli, 855-IQD saylı Qanunu.

Maddə 5. Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ-hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir.

Maddə 6. Bu Qanun 2000-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 11 iyul 2000-ci il
906-IQ