Pensiya hesablanması üçün respublika üzrə orta aylıq əmək haqqının məbləğinin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Pensiyaların artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 909 nömrəli Fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə müvafiq olaraq pensiyanın hesablanması üçün orta aylıq əmək haqqının məbləği 60 min manatdan 85 min manata qaldırılsın.      [1]

2. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən əmək haqqı barədə sənəd təqdim edə bilməyən qaçqın və məcburi köçkünlərin pensiya hesablanması üçün işləmiş olduqları iqtisadiyyat sahələri üzrə orta aylıq əmək haqqının məbləğləri təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu bu qərarın icrası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.     [2]

 

 

4. Bu qərar 2003-cü il avqustun 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini A.Rasİzadə

 

Bakı şəhəri, 21 avqust 2003-cü il
№ 108

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 21 avqust tarixli 108 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Əmək haqqı barədə sənəd təqdim edə bilməyən qaçqın və məcburi köçkünlərin pensiya hesablanması üçün işləmiş olduqları iqtisadiyyat sahələri üzrə orta aylıq əmək haqqının məbləğləri

 

manatla

Sıra
№-si

 

Orta aylıq əmək haqqının məbləğləri

1.

Sənaye

180000

2.

Kənd təsərrüfatı

100000

3.

Meşə təsərrüfatı

80000

4.

Nəqliyyat

180000

5.

Rabitə

150000

6.

Tikinti

190000

7.

Ticarət, ictimai iaşə, maddi-texniki təchizat və satış tədarükü

80000

8.

Məlumat hesablama xidməti

180000

9.

Mənzil-kommunal təsərrüfatı, əhaliyə məişət xidmətinin qeyri istehsalat növü

100000

10.

Səhiyyə, bədən tərbiyəsi və sosial təminat

90000

11.

Xalq təhsili

120000

12.

Mədəniyyət və incəsənət

90000

13.

Elm və elmi xidmət

180000

14.

Kreditləşmə və dövlət sığortası

190000

15.

Dövlət və təsərrüfat idarəetmə orqanlarının, kooperativ və ictimai təşkilatların idarəetmə orqanlarının aparatı

120000

16.

Digər sahələr

120000

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.       26 sentyabr 2006-cı il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cI il, № 9, maddə 830)

2.       27 fevral 2007-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 199)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 27 fevral 2007-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 199) ilə 1-ci bəndi çıxarılmışdır.

 

[2] 26 sentyabr 2006-cı il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cI il, № 9, maddə 830) ilə “Pensiya hesablanması üçün respublika üzrə orta aylıq əməkhaqqının məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 108 nömrəli qərarının 2-ci və 3-cü bəndləri çıxarılmışdır.